Banner

Vakansiyalar

"Bizim Market" işçi axtarır - VAKANSİYA

"Bizim Market" işçi axtarır - VAKANSİYA | FED.az
21:10 29 Aprel 2021

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Daxili nəzarət mütəxəssisi

Namizədə olan tələblər:

• Ali təhsil
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
• Təhlil aparmaq bacarığı;
• MS Office proqramları biliyi;əyi bacarmalı;
• İnkişafa meyilli olmalı;
• Yüksək analitik təhlil qabiliyyəti;
• Məsuliyyətli və diqqətli olmalı.
• Hesabatların hazırlanması bacarıqları;

İş haqqında məlumat:

• Plan əsasında daxili yoxlamalarını aparmaq;
• Yoxlamalar nəticəsində şirkət siyasətinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
• Mağazalarda və anbarda yoxlamaların aparılmasını təmin etmək;
• Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
• Prosedur pozuntuları zamanı əməkdaşlardan izahatların alınması və pozuntuların araşdırılması;
• Bütün yoxlama hesabatlarının düzgün və effektiv şəkildə hazırlanması;
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
• İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
• Əmək haqqı razılaşma əsasında

Vakansiyaya müraciət üçün CV-ləri “Daxili nəzarət mütəxəssisi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Banner

Digər xəbərlər