Banner

Vakansiyalar

"Bizim Market" işçi axtarır - VAKANSİYA

"Bizim Market" işçi axtarır - VAKANSİYA | FED.az
19:37 13 Fev 2021

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

İnventarlaşdırma üzrə mütəxəssis

Namizədə olan tələblər:

• Dəqiqlik və məsuliyyət;
• Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
• Pərakəndə sektorunda təcrübəli olmalı;
• Komanda ilə işləmək qabiliyyəti;
• Səbrli və nəzakətli;
• İşgüzar və hədəf yönlü;
• Məsuliyyətli, dürüst;
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş haqqında məlumat:

• Anbar sayımına hazırlıq prosesində və sayım prosesinin özündə iştirak etmək;
• Sayım işinin həyata keçirilməsi, oğurluq,mal əskikliyi və bu kimi mənfi halların aşkar olunması.

İş şəraiti:

• 5 günlük iş həftəsi (Əsasən gecə növbəsi);
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı 431 AZN (Gross).

Vakansiyaya müraciət üçün CV-ləri “İnventarlaşdırma üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Digər xəbərlər