Birmarket
Diaqnostika üzrə mütəxəssis
Son tarix 08 yan 2026 [email protected]
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan qəbul-təhvil aktlarının (o cümlədən Paylayıcı Mərkəzdən (RÇ) Çeşidləmə Mərkəzinə (SÇ), PUDO-dan RÇ-yə və s. daxil olan aktların) qəbulu və çeşidlənməsinə cavabdehdir, onların skan edilməsi və onlayn giriş üçün sistemə yerləşdirilməsini təmin edir.
- Qəbul-təhvil aktlarının düzgün tərtib olunmasına nəzarət edir. Məlumatları natamam və ya səhv olan sənədlər xətaların aradan qaldırılması üçün müvafiq şöbəyə geri qaytarılır.
- Qaytarılma axını üzrə SLA-nın yerinə yetirilməsinə nəzarət edir; bu məsuliyyət logistika üzrə əməkdaşların səlahiyyət dairəsinə daxildir. Müddət pozuntusu aşkar edildikdə, operator gecikmələrin aradan qaldırılması üçün müvafiq logistika əməkdaşlarını məlumatlandırır.
- PUDO-dan Paylayıcı Mərkəzə (RÇ) daxil olan sifariş məlumatlarının uyğunluğuna nəzarət edir. Bu vəzifəyə daxildir:
- təhvil verilməsi nəzərdə tutulan və faktiki daxil olan malların sayının yoxlanılması;
- uyğunsuzluqların müəyyənləşdirilməsi (məsələn, sənəddə 20 ədəd göstərilib, faktiki 10 ədəd daxil olub);
- uyğunsuzluqlar barədə məlumatın səbəblərin müəyyənləşdirilməsi üçün müvafiq şöbələrə ötürülməsi.
- Şöbənin fəaliyyətinə aid olan rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.
- Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı
İş şəraiti:
- Əmək haqqı: 1000 Azn
- İş saatı: 2/2 (ayın 18 günü) 9.00-21.00
Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Diaqnostika üzrə mütəxəssis” sözü qeyd edilməklə göndərməyiniz xahiş olunur.
Anbar qaytarmalar üzrə keyfiyyətə nəzarət mütəxəssisi
Son tarix 08 yan 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Məhsulların funksional olub-olmamasının müəyyənləşdirilməsi və aidiyyəti üzrə kateqoriyalara bölünməsi (funksional, təmirə ehtiyac olan, utilizasiya üçün və s.);
- Məhsulların keyfiyyət standartlarına uyğun olmasına nəzarət,
- Məhsulların vizual və funksional yoxlamalarını aparmaq;
- Məhsulların təchizatçıya görə kateqoriyalara bölünməsi (1P, 2P və s.).
- Qaytarılan malların vəziyyətinin göstərilən qaytarılma səbəblərinə uyğun olub-olmadığını yoxlamaq;
- Qaytarılmış məhsulları funksional, diaqnostika tələb edən, təmirə ehtiyacı olan, utilizasiya üçün nəzərdə tutulan və s. kimi müvafiq kateqoriyalara ayırmaq;
- Bütün qaytarılmış malların və onların statuslarının dəqiq qeydiyyatını və sənədləşdirilməsini aparmaq;
- Qaytarılma sənədlərini dəqiq və səmərəli şəkildə emal etmək, lazım olduqda elektron bazaları yeniləmək;
- Müştəri xidmətləri şöbəsi ilə sıx əməkdaşlıq edərək, qaytarmalarla bağlı müştəri problemlərini həll etmək;
- Anbarda dəqiq ehtiyat səviyyəsini təmin etmək üçün dövri inventarizasiya yoxlamalarında fəal iştirak etmək;
- Outlet üçün uyğun məhsulların seçilməsi və texniki yoxlamadan keçirilməsi;
- Şöbə müdirinin digər göstərişlərinin icrası.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.
- Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı
İş şəraiti:
- Əmək haqqı: 1000 Azn
- İş saatı: 2/2 (ayın 18 günü) 9.00-21.00
Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Anbar qaytarmalar üzrə keyfiyyətə nəzarət mütəxəssisi” sözü qeyd edilməklə göndərməyiniz xahiş olunur.
Qaytarmalar və satıcı ödənişləri üzrə mütəxəssis
Son tarix 08 yan 2026 [email protected]
Vəzifə öhdəlikləri:
- Daimi səmərəliliyin artırılması: proseslər, resurslar, proqram təminatı.
- Birmarket - tərəfindən tərəfdaş və müştərinin geri qaytarılmalar üzrə maliyyə prosesinin təşkili.
- Çağrı Mərkəzi, Kommersiya, Maliyyə, Logistika, Tərəfdaş dəstəyi və Hüquq şöbələri ilə səmərəli qarşılıqlı kommunikasiya
- Tərəfdaş tərəfindən yaranmış borcun ödənilməsi məqsədi ilə sorğurların yaradılması
- Gecikmədə olan ödənişlərin vaxtında ödənilməsi üçün sorğuların yaradılması
- Qaytarılma təsdiqindən sonra 1 gün ərzində müştəriyə ödənişin göndərilməsi üzrə tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət və həftəlik hesabatların hazırlanması.
- Müştərilərə ödənişlərin həyata keçirilməsi üçün Mühasibatlıq/Hüquq şöbəsinə təqdim olunmaq məqsədilə sərəncamların və digər faylların vaxtında hazırlanması və düzgün doldurulması.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə (maliyyə-debitor-problemli kredit və s.) üzrə minimum 1 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Riyazi hesablama bacarığı (Muhasibatlıq kursu bitirmiş şəxslərə) üstünlük verilir.
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı
İş şəraiti:
- Əmək haqqı: 1000 Azn
- İş saatı: 2/2 (ayın 18 günü) 9.00-21.00
Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində elektron ünvanına “Qaytarmalar və satıcı ödənişləri üzrə mütəxəssis”sözü qeyd edilməklə göndərməyiniz xahiş olunur.











