Birmarket
Biznesin inkişafı üzrə menecer
Son tarix 06 fev 2026 - Müraciət et
Təsvir
- Müvafiq kateqoriya üzrə satıcı portfeli ilə uzunmüddətli və güclü əməkdaşlıq münasibətləri qurmaq və qorumaq, satıcılar üçün əsas əlaqə nöqtəsi kimi çıxış etmək.
- Satıcı performansını təhlil edərək satışların artırılması, qiymət strategiyası və məhsul portfelinin yaxşılaşdırılması üzrə data əsaslı tövsiyələr vermək; zəif performans göstərən satıcıların aktivləşdirilməsi və yüksək nəticə göstərən hesabların miqyaslandırılması üçün GM ilə birlikdə strategiyalar hazırlamaq.
- Mövcud satıcı müqavilələrini mütəmadi olaraq nəzərdən keçirmək və yenidən danışıqlar aparmaq; qiymət, promo iştirakları və uzunmüddətli əməkdaşlıq şərtlərinin optimallaşdırılmasını təmin etmək.
- Satıcılarla birgə inkişaf imkanlarını və biznes planlarını formalaşdırmaq, promosyon kampaniyalarının planlanması və icrasında əməkdaşlıq etmək.
- Hesabların performansını daim izləmək, müntəzəm hesabatlar təqdim etmək və analitik yanaşma ilə strategiyaları optimallaşdıraraq nəticələri artırmaq.
Tələblər
- Biznes, Marketinq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- Hesabların idarə edilməsi, biznesin inkişafı və ya satış sahəsində 4–6 il iş təcrübəsi.
- Danışıqların aparılması və müqavilələrin idarə edilməsi üzrə təcrübə.
- Güclü analitik düşünmə və hesabatlılıq bacarıqları.
- Yüksək səviyyədə maraqlı tərəflərlə (stakeholder) münasibətlərin idarə edilməsi bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Orta səviyyəli
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.










