Bioloji Təbabət Klinikası
Genetik-laborant
Son tarix 07 mar 2023 - [email protected]
Tələblər:
- Xaricdə genetika sahəsində təhsil (bakalavr və ya magistr);
- MS Office proqramlarında işləmə bacarığı;
- Sitogenetik və Molekulyar analizlərin tam aparılması bacarığı;
- Fiş metodunu bilmək;
- Komanda ilə işləmə qabiliyyəti;
- Operativlik, məsuliyyətlilik;
- Analitik düşünmə, analiz etmə, diqqətlilik;
- Ədalətlilik və düzgünlük;
Bu sahədə xarici ölkədə təhsil almış və ya iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir.
Məsuliyyətlər:
- DNT sekans analizi, klinik diaqnozu müəyyən edilmiş xəstələrin əlaqəli genlərinin analizi, oxunması və nəticələndirilməsi;
- Klinik ekzom və hədəflənmiş panel-gen testlərinin xam datalarının analizi və klinik diaqnoza görə mutasiyaların analizi;
- Fragment analizlərin aparılması;
- Genetik testlərdən keçmək istəyən pasiyentlərlə konsultasiyanın aparılması;
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Bioloji Təbabət -orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir
Şərtlər:
- İş qrafiki 6 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 17:00-dək, Şənbə saat 10:00 – 13:00
- İstirahət: Bazar günü;
- Əmək haqqı: 1000-1500 AZN
Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində “Genetik-laborant” qeyd edərək CV formasını göndərməyiniz xahiş olunur.