Binə Agro
Satınalma üzrə menecer
Son tarix 24 iyn 2023 - [email protected]
Vəzifə öhdəlikləri nədən ibarətdir?
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə.
 - Malların vaxtında çatdırılması və Şirkət çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək, habelə onların icrasını təmin etmək.
 - Şirkətin gəlir mərkəzlərinin inventar dəyərlərində hər hansı müsbət və ya neqativ dəyişikliklərin bölüşdürülməsini Mühasibatlıq şöbəsi ilə koordinasiya etmək.
 - İnventar ehtiyatlarının izafi alışı və ya istehlakı haqqında şöbələrə birbaşa xəbər vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.
 - Statistik məlumatlar və xərclər planını təqdim etməklə, bütün proqnoz və biznes planı üzrə fəaliyyətlərə yardım etmək.
 - Müxtəlif departament rəhbərlərindən bütün məhsulların və tədarüklərin spesifikasiyalarını əldə etmək və koordinasiya etmək, habelə bazar siyahıları ilə onların sənədlərini aparmaq.
 - Şirkətdə fəaliyyət göstərən hər bir şöbənin tələblərə, habelə müəyyən edilmiş standartlara müvafiq olaraq ən sərfəli qiymətlərlə mal və xidmətləri əldə etməsini təmin etmək.
 - Mərkəzi Ofisin və şirkətin bütün siyasətləri, prosedurları və minimal standartlarına riayət edilməsini təmin etmək.
 - Bütün yazışmaları, danışıqları və təchizat prosesini prosedurlara uyğun aparmaq.
 - Kataloqlar, qiymətlərə dair istinad məlumatlarının kitabxanasını aparmaq və satınalmalar üzrə arxiv sənədlərini qoruyub saxlamaq. Tədarük sorğuları və müvafiq sənədlər ilə birgə təchizatçıların ümumi sənədlərini qoruyub saxlamaq.
 - Şirkətin rəhbərliyi səviyyəsində keçirilən və digər şöbədaxili iclaslarda iştirak edərək rəhbər və işçiləri bazar tendensiyaları və müxtəlif təchizat proseslərinin statusu ilə tanış etmək.
 
Tələblər:
- Müvafiq və ya bənzər sahə üzrə Ali təhsil
 - Kənd təsərrüfatı, istixana və ya bənzər sahə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi
 - MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
 - Dil bilikləri: Azərbaycan dili səlis, rus arzuolunandır
 
İş şəraiti:
- 6 günlük iş qrafiki.
 - İş vaxtı 9.00-dan 18.00-dək
 - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
 - Əmək haqqı 1200-1300 AZN
 
Uyğun namizədlər CV-lərinizi mail ünvanına göndərin.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







