İşəgötürən: “BETTA” MMC
Vəzifə: Maliyyə işləri üzrə köməkçi
Əsas vəzifə öhdəlikləri
• Gündəlik və aylıq hesabatların yoxlanılması
• Mal-materialların uçotunun aparılması
• Mühasibat uçotu üzrə ilkin sənədlərin gedişatının aparılması
• DSMF, statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi
• Bütün VHF-ın, hesab-fakturaların, xərc sənədlərinin, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların , qaimə-fakturaların qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişinin icra edilməsi üçün hazırlanması və təqdim edilməsi
• İlkin və yoxlanmış sənədlər əsasında ödəniş tapşırıqlarını və digər mühasibat reyestr sənədlərini hazırlamaq, yoxlamaq, düzəlişlər etmək və imzaya ötürülməsini təşkil etmək
• Mühasibatlığın ilkin sənədlərini yoxlanılmasına müvafiq qovluqlara yerləşdirilməsinə köməkliyin göstərilməsi
• Mühasibatlıqda kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işinin aparılması və nəzarət olması
• Şirkət əməkdaşlarının əlavə iş saatlarının hesablanması
• Satınalma əməliyyatların icrası
• Müqavilələrin tərtib olunması
Namizədə tələblər
- Ali təhsilli
- Qadın işçi
- Mühasibatlıq sahəsində ən az 1-3 il iş təcrübəsi
- 1C (8.3) proqramında işləmək bacarığı
- Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli
- Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı
- Analitik düşüncəyə malik olmalı
İş şəraiti
- İş rejimi - 5 günlük (09:00-18:00)
- Əmək haqqı 700 AZN (müvafiq vergilər çıxılmaqla)
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
Maraqlanan şəxslər öz CV formalarını " Maliyyə işləri üzrə köməkçi " başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.