Best Group
Satış Nümayəndəsi
Son tarix 21 yan 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisə tərəfindən qoyulmuş planı və lazımi satış səviyyəsini təmin etmək
- Satış zamanı müəssisənin müştəri məmnuniyyəti standartına uyğun iş fəaliyyəti aparmaq
- İş prosesində şirkətin peşəkar satış texnikasını effektiv şəkildə istifadə etmək
- İş gününü təyin edilmiş plana əsasən qurmaq və ticarət nöqtələrinin iş sxemini hazırlamaq
- Müştəri bazasının daimi inkişaf və keyfiyyət dinamikasının artırılmasında iştirak etmək
- Ticarət nöqtələrində məhsullarının mövcudluğuna, çeşidlərinə və ölçülərinə dair məlumatları bilmək
- Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət etmək.
Əsas tələblər:
- Ali təhsil
- Avtomobil və Sürücülük vəsiqəsinin olması
- Pərakəndə satış sahəsində ən az 1 il iş təcrübəsi (üstünlükdür)
- Ünsiyyət bacarıqları
- Satış bacarıqları
- Stressə davamlılıq
- Məsuliyyət
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Ə/h: 600-800 AZN (iş təcrübəsinə əsasən təyin olunacaqdır)
5 günlük iş həftəsi (09:00 – 17:30).
Ünvan: Əhməd Rəcəbli 169, Elit Biznes Mərkəzi.
Vakansiyaya müraciət üçün CV-nizi “Satış Nümayəndəsi” istiqamətinin operatoru" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
Telemarketinq istiqamətinin operatoru
Son tarix 21 yan 2023 [email protected]
Tapşırıqlar:
- Satış komandasının gündəlik göndərdiyi foto hesabatı excelldə hazırlamaq
- Ərazi üzrə məhsulun yerləşdirilməsi üzrə foto hesabatların tənzimlənməsi
- Kampaniyaların ərazidə hansı formada istifadəsinin hesabatının hazırlanması
Tələblər:
- Yüksək kommunikasiya bacarığı;
- Stressə davamlılıq;
- Nəticəyə yönümlülük;
- Müştəriyönümlülük;
- Ali təhsil;
- 1 ilə qədər təcrübə;
- Azərbaycan və rus dillərində ünsiyyət bacarığı (danışıq və yazılı).
İş qrafiki:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Ə/h: 300-400 AZN (iş təcrübəsinə əsasən təyin olunacaqdır)
- 5 günlük iş həftəsi (09:00 – 17:30).
- Ünvan: Əhməd Rəcəbli 169, Elit Biznes Mərkəzi
Vakansiyaya müraciət üçün CV-nizi “Telemarketinq istiqamətinin operatoru" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur
Ofis Meneceri
Son tarix 21 yan 2023 [email protected]
İşin təsviri:
- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
- E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
- Şirkət üçün tələb olunan malların və ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq təchizatçılara yönləndirmək və alışını təmin etmək
- Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək
- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
- İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Tələblər:
- Ali təhsil üstünlükdür
- Yaş həddi: 22-35 yaş
- Müvafiq sahədə iş təcrübəsi – 1ildən az olmayaraq
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı
- Kollektivdə işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan dili və rus dili (vacibdir)
- Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook və s.
- Ofis avadanlıqları ilə işləmək bacarığı
- Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Ə/h: 400-500 AZN (iş təcrübəsinə əsasən təyin olunacaqdır)
- 5 günlük iş həftəsi (09:00 – 17:30).
- Ünvan: Əhməd Rəcəbli 169, Elit Biznes Mərkəzi.
Vakansiyaya müraciət üçün CV-nizi “Ofis meneceri" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
SMM mütəxəssis
Son tarix 21 yan 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə menecerlərindən gələn paylaşımların sosial şəbəkə üçün planlaşdırılması;
- Facebook, İnstagram, Telegram, Linkedin, YouTube kanallarında paylaşımların edilməsi;
- Paylaşımların Telegram kanalı üçün adaptasiya olunması;
- Sosial media kanallarının təhlil edilməsi və effektiv paylaşımların təyin edilməsi;
- Aktivliyi artırmaq üçün təyin edilən paylaşımların (müsabiqə və sorğu) hazırlanması;
- Sosial media kanallarında paylaşılacaq hekayələrin çəkilməsi;
- Sosial media kanallarında paylaşılacaq qısa videoların (reels) çəkilişində iştirak edilməsi;
- Mütəmadi olaraq sosial media kanallarında canlı yayımların təşkil edilməsi.
Tələblər:
- Ali təhsil;
- SMM üzrə iş təcrübəsi ən azı 1 il;
- Sosial şəbəkələrlə işin aspektləri üzrə biliklər;
- Səlis Azərbaycan dili, Rus dili biliyi arzu olunandır;
- İnstagram Reels və ya Tik Tok təcrübəsi arzu olunandır;
- Mobil videomontaj proqramlarından istifadə təcrübəsi arzu olunandır;
- Punktuallıq və pozitivlik;
- Stresə dözümlülük.
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Ə/h: 400-500 AZN (iş təcrübəsinə əsasən təyin olunacaqdır)
5 günlük iş həftəsi (09:00 – 17:30).
Ünvan: Əhməd Rəcəbli 169, Elit Biznes Mərkəzi
Vakansiyaya müraciət üçün CV-nizi “SMM" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.