Bashak Supply
Satınalma üzrə mütəxəssis
Son tarix 07 avq 2023 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil;
- 4-5 illik analoji iş təcrübəsi;
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- İngilis və ya rus dilində ünsiyyət bacarığı;
- MS Office proqramları üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Hesabat, təqdimat, memorandum və s. hazırlanması;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ tarif),
- Əmək haqqı: 1000-1200 AZN+Bonus (KPİ)
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Mühasib-operator
Son tarix 07 avq 2023 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi 2-4 il;
- Kompüterdə sərbəst işləmək bacarığı,
- 1C proqramından istifadə bacarığı (əsas tələb),
- Ciddi, məsuliyyətli, dəqiq olmalı;
- Yaş həddi 20-30 arası.
Vəzifə öhdəlikləri:
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
- Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ tarif),
- Əməkhaqqı: 700-800 AZN,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib-operator” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yanlız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.