Bashak Supply
Ofis meneceri
Son tarix 03 avq 2025 - [email protected]
Namizədə aid tələblər:
- Təhsil: Ali və ya Orta ixtisas təhsili;
- Yaş: 22- 30;
- Xanım namizəd;
- Səliqəli, punktual, xoş görünüşlü;
- Azərbaycan dili səlist, Rus dili biliyi üstünlükdür;
- İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Ofis programlarında işləmə bacarığı;
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- Vəzifələrin icrası üçün çalışqan olmaq;
- Komanda daxilində işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət etmək;
- Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil etmək;
- Gələn və gedən sənədlərin qeydiyyatı və uçotunu aparmaq;
- Əməkdaşları tələb olunan mal-material, inventar və ofis ləvazimatı ilə təmin etmək;
- Əməkdaşlardan daxil olan ofis ləvazimatlar, mebel və s. ofis avadanlığı sifarişlərini qəbul etmək və qruplaşdırmaq;
- Ofislərdəki sərf mallarının və ərzaqların istifadəsinə nəzarət etmək və xərclərlə bağlı mühasibatlıq strukturunu məlumatlandırmaq;
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 500-700 AZN,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını Müraciət Et düyməsində qeyd olunan electron poçt ünvanına, mövzu hissəsinə “Ofis meneceri” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yalnız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.
Mühasib
Son tarix 03 avq 2025 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- Müvafiq sahə üzrə 3-4 illik təcrübə;
- 1 C 8.3 proqramı biliyi;
- Ünsiyyət qurmaq bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Vergi Məcəlləsi üzrə biliklər.
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
- Tikinti və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
- Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
- Debitor və kreditorlara nəzarət edilməsi;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarət edilməsi;
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 1100-1200 AZN
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını Müraciət Et düyməsində qeyd olunan electron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yalnız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.