Başak Group
Xarici satınalmalar üzrə mütəxəssis
Son tarix 19 avq 2022 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil;
- İngilis, Rus və fərqli xarici dillərdə səlis danışıq və yazışma,
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- İşlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
- Güclü şifahi ünsiyyət qurmaq bacarığı;
- Kompüter biliyi: MS Office.
Vəzifə öhdəlikləri:
- Xarici Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
- Xarici və yerli təchizatçılar ilə danışıqların aparılması;
- Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
- Şirkət əməkdaşları ilə təchizatla bağlı yazışmaların aparılması;
- Təchizatla bağlı iclaslarda iştirak etmək;
- Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 800-1000 AZN + Bonus (KPİ)
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Xarici satınalma” yazaraq göndərə bilərlər.
Mühasib-operator
Son tarix 19 avq 2022 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi 2-3 il;
- Beynəlxalq mühasibatlıq və maliyyə standartlarını bilməli;
- Kompüterdə sərbəst işləmək bacarığı,
- 1C proqramından istifadə bacarığı (əsas tələb),
- Təhlil aparmaq bacarığı;
- İnkişafa meyilli;
- Ciddi, məsuliyyətli, dəqiq olmalı;
- Yaş həddi 20-30 arası.
Vəzifə öhdəlikləri:
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
- Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 700-800 AZN,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib-operator” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yanlız təcrübəsi olan şəxslərin CV formalarına baxılacaq.
Logistika üzrə mütəxəssis
Son tarix 19 avq 2022 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil,
- Logistiika, satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər,
- Təcrübə: Sahə üzrə ən az 2 il,
- Komanda ilə işləmək və ünsiyyət bacarığı,
- Punktual,
- Analitik düşüncə,
- Təqdimat bacarığı,
- Rus dili, ingilis dili əla səviyyədə,
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.).
Vəzifə öhdəlikləri:
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
- Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
- Nəqliyyatın planlaşdırılması və sifarişi
- İdxal və İxrac əməliyyatlarına nəzarət
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
- Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
- İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
- Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
- Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
- Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 800-1000 AZN + Bonus (KPİ),
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.