Başak Group
Mühasib-operator (6 aylıq layihə)
Son tarix 21 iyl 2023 [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi 2-3 il;
- Kompüterdə sərbəst işləmək bacarığı,
- 1C proqramından istifadə bacarığı (əsas tələb),
- Ciddi, məsuliyyətli, dəqiq olmalı;
- Yaş həddi 20-30 arası.
Vəzifə öhdəlikləri:
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
- Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 700-800 AZN,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib-operator” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yanlız təcrübəsi olan şəxslərin CV formalarına baxılacaq.
Başak Group
Satış mütəxəssisi (dağıtım)
Son tarix 21 iyl 2023 [email protected]
Tələblər:
- Ali təhsil,
- Ekspeditor, satış dağıtım sahəsində minimum 2-3 il təcrübə (yanlız təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
- Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
- Danışıqlar aparma qabiliyyəti,
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
- 23-30 yaş aralğı,
Öhdəliklər:
- Aylıq satış hədəflərinə çatmaq,
- Müəyyən edilmiş ərazi üzrə müştəri ziyarətləri və sifarişlərin alınması,
- Dağıtım standartlarının satış nöqtələrindən icraatı.
İş şəraiti:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək; şənbə yarı iş rejimi,
- Əməkhaqqı: 700-1000 AZN + Bonus (KPİ),
- Nahar şirkət tərəfindən qarşılanır,
- Korporativ nömrə,
- Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Satış mütəxəssisi-dağıtım” yazaraq göndərə bilərlər
Başak Group
Baş mühəndis
Son tarix 21 iyl 2023 [email protected]
Namizədə aid tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);
- Kompüter bilikləri: MS Office proqramları, AutoCad;
- İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
- Punktual və ünsiyyətcil olması;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Material sərfini hesablamağı bacarmaq;
- Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
- İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 2000-2500 AZN + layihə üzrə bonus
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühəndis” yazaraq göndərə bilərlər.