Başak Group
Satış mütəxəssisi (dağıtım)
Son tarix 23 iyn 2023 [email protected]
Tələblər:
- Ali təhsil,
 - Ekspeditor, satış dağıtım sahəsində 2-3 il təcrübə (yanlız təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
 - Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
 - Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
 - Danışıqlar aparma qabiliyyəti,
 - Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
 - 23-30 yaş aralğı,
 
Öhdəliklər:
- Aylıq satış hədəflərinə çatmaq,
 - Müəyyən edilmiş ərazi üzrə müştəri ziyarətləri və sifarişlərin alınması,
 - Dağıtım standartlarının satış nöqtələrindən icraatı.
 
İş şəraiti:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək; şənbə yarı iş rejimi,
 - Əməkhaqqı: 700-1000 AZN + Bonus (KPİ),
 - Nahar şirkət tərəfindən qarşılanır,
 - Korporativ nömrə,
 - Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
 
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Satış mütəxəssisi-dağıtım” yazaraq göndərə bilərlər
Marketinq mütəxəssisi
Son tarix 23 iyn 2023 [email protected]
Namizədə aid tələblər:
- Təhsili: Ali təhsil, (iqtisadi, marketinq, ticarət);
 - Azərbaycan dili səlis, rus və ya ingilis dilində yaxşı ünsiyyət bacarığı;
 - Biznes danışıqları aparmaq bacarığı;
 - Müvafiq sahədə 2-3 il təcrübə;
 - Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
 - Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
 - Kompüter bilikləri: Microsoft Office, Outlook;
 - Xanım namizədlərə üstünlük veiləcək.
 
Vəzifə öhdəlikləri:
- Marketinq və layihələrin planlarının hazırlanması;
 - Sərgilərin təşkilində iştirak;
 - Radio və Televiziya reklam çarxlarının hazırlanması və yayımının təşkili;
 - Outdoor və indoor reklamların yerləşdirilməsi;
 - Reklamların effektivliyinin ölçülməsi;
 - Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsilə bağlı təkliflər vermək;
 - Marketinq materiallarının təmin edilməsi (Promo və print materialları);
 - Brend tanıtımının ölçülməsi və yüksəldilməsi ilə bağlı yeni təkliflər hazırlamaq.
 
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
 - Nahar şirkət tərəfindən verilir,
 - Korporativ nömrə (korporativ paket),
 - Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
 
Əmək haqqı: 700-1000 AZN (namizədin bilik və bacarığına əsasən).
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Smeta mühəndisi
Son tarix 23 iyn 2023 [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil (Mühəndislik/memarlıq ixtisası üzrə),
 - Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi,
 - Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları haqqında biliklər,
 - Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər,
 - Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydaları haqqında biliklər;
 - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın əleyhinə mühafizənin norma və qaydaları haqqında biliklər,
 - Kompüter bilikləri: Archicad və AutoCAD üzrə biliklər.
 
Vəzifə öhdəlikləri:
- Layihə üzrə verilmiş memarlıq və konstruktiv sxemlər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasının tərtib edilməsi
 - Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
 - Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
 - Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək;
 - Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
 
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
 - Nahar şirkət tərəfindən verilir,
 - Korporativ nömrə (korporativ paket),
 - Əməkhaqqı: 1300-1500 AZN ,
 - Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
 
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərə bilərlər.
Mühəndis
Son tarix 23 iyn 2023 [email protected]
Namizədə aid tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
 - Kompüter bilikləri: MS Office proqramları, AutoCad
 - İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
 - Punktual və ünsiyyətcil olması;
 - Analitik düşüncə bacarığı;
 - Ünsiyyət və komandada işləmək bacarıqları;
 - İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
 - Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
 - Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
 - Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.
 
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
 - Material sərfini hesablamağı bacarmaq
 - Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
 - İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
 - Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
 
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
 - Nahar şirkət tərəfindən verilir,
 - Korporativ nömrə (korporativ paket),
 - Əməkhaqqı: Müsahibə əsasında
 - Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
 
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühəndis” yazaraq göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







