Başak Group
Satış mütəxəssisi (Dağıtım)
Son tarix 13 iyn 2024 - [email protected]
Tələblər:
- Ali təhsil,
- Ekspeditor, satış dağıtım sahəsində 2-3 il təcrübə (yanlız təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
- Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
- Danışıqlar aparma qabiliyyəti,
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
- 23-30 yaş aralğı,
- Xarici dil biliyi arzuolunandır.
Öhdəliklər:
- Aylıq satış hədəflərinə çatmaq,
- Müəyyən edilmiş ərazi üzrə müştəri ziyarətləri və sifarişlərin alınması,
- Dağıtım standartlarının satış nöqtələrindən icraatı.
İş şəraiti:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək; şənbə yarı iş rejimi,
- Əməkhaqqı: 700-1000 AZN + Bonus (KPİ),( Namizədin bilik-bacarıqlarından asılı olaraq dəyişir).
- Nahar şirkət tərəfindən qarşılanır
- Korporativ nömrə
- Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Satış mütəxəssisi-dağıtım” yazaraq göndərə bilərlər.
Daxili satınalma üzrə mütəxəssis
Son tarix 13 iyn 2024 [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil;
- Daxili satınalma sahəsində 3-5 illik analoji iş təcrübəsi;
- MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək komandada işləmək bacarıqları;
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı;
- 1C proqram biliyi.
Vəzifə öhdəlikləri:
- Satınalma şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək;
- Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək;
- Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması;
- Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
- Malların müəssisələr çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək;
- Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
- Departament rəhbəri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əmək haqqı: 1000-1200 Azn
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Daxili satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Baş mühəndis
Son tarix 13 iyn 2024 [email protected]
Namizədə aid tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);
- Kompüter bilikləri: MS Office proqramları, AutoCad;
- İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Material sərfini hesablamağı bacarmaq;
- Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
- İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 1500-2000 AZN
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühəndis” yazaraq göndərə bilərlər.
Təchizat şöbəsinin Rəhbəri
Son tarix 13 iyn 2024 [email protected]
Namziədə tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (İqtisadi sahə üzrə);
- İş təcrübəsi: Satınalma, Təchizat üzrə 5 il, Təchizat sahəsində rəhbər pozisiyada 2 il təcrübə;
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (əla);
- Kompüter bilikləri: MS Office programları üzrə biliklər, xüsusilə exceldə yaxşı səviyyədə işləmə bacarığı;
- Digər: CIPS sertifikatına sahib olmaq arzu olunandır.
Vəzifə öhdəlikləri:
- Tenderə, müqavilələrin idarə olunmasına, tədarükçülərin fəaliyyətinin idarə edilməsinə dəstək olmaq üçün satınalma siyasətinin və sisteminin strategiyalarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
- Daha çox rəqabət yaratmaq və biznesin satınalma siyasəti kateqoriyasına uyğunlaşdırılması üçün kiçik və orta müəssisələr daxil olmaqla yeni təchizat zəncirlərinin inkişafına rəhbərlik etmək;
- Davamlı şəkildə komanda və şöbələr daxilində inkişaf və keyfiyyət təkmilləşdirmələrini sürətləndirmək və daha yaxşı nəticələr əldə etmək yollarını araşdıran, əsas fəaliyyət və maliyyə hədəflərinin təmin edilməsi və zəruri hallarda düzəlişlərin aparılmasına yardım etmək;
- İşgüzar məqsədləri dəstəkləmək üçün bütün resursları istifadə etmək, müqavilə və kommersiya riskinə qarşı qorunmaq üçün müəssisələrə müraciət etmək üçün lazım olan bütün yeni təcrübələri gətirmək;
- Bashak Supply-ın təchizat siyasətini təkmilləşdirmək və bütün korrupsiya risklərinin qarşısını almaq;
- Yerli və xarici təchizatçılar, digər müəssisələr ilə əməliyyatları ilə effektiv şəkildə tənzimləmək;
- İşçi heyətini idarə və motivasiya etmək, müvafiq potensiala nail olmaq üçün lazım olan dəstəyi, təlim və inkişafı təmin etmək;
- Təchizat riskinin inkişafı da daxil olmaqla gələcək tələb və potensialın planlaşdırma, qurulma və idarə edilməsi;
- Mövcud və potensial müştərilər ilə əlaqələri gücləndirib, inkişaf etdirmək;
- Əlaqədar qanunvericilik, protokol qaydalarına əsasən iş prinsiplərini qurmaq ;
- Bashak Supply-ın bərabərlik və eynilik prinsiplərini aktiv şəkildə dəstəkləmək;
- Mövcud olan inkişaf səviyyəsinə uyğunlaşmaq üçün təlim və treninqlərdə iştirak etmək;
- Qeyd olunmayan,meydana çıxan digər məsuliyyətləri öz üzərinə götürmək;
- Bashak Supply üçün satınalma siyasətini qanunvericiliyə uyğun aparmaq,müvafiq qurumlar üçün satınalma strategiyasının hazırlanması, həyata keçirilməsi və davamlı şəkildə idarə edilməsinə cavabdehlik.
İş şəraiti:
- Əmək haqqı: 2500-3000 AZN +bonus (KPİ);
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə (korporativ tarif);
- İş günlərinin sayı 5 gün saat 09:00-18:00;
- Ünvan: Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Təchizat şöbə rəhbəri” yazaraq göndərə bilərlər.