Korporativ satış mütəxəssisi
Son tarix 06 may 2022 - [email protected]
Tələblər:
-
Ali təhsil,
-
Korporativ satış üzrə minimum 2-3 il təcrübə,
-
Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
-
Yüksək rus və ya ingilis dili biliyi,
-
Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
-
Danışıqlar aparma qabiliyyəti,
-
Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
-
Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq.
İş şəraiti:
-
İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
-
Əmək haqqı: 1000 AZN + Bonus (KPİ),
-
Nahar şirkət tərəfindən qarşılanır,
-
Korporativ nömrə,
-
Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərə bilərlər
Korporativ satış şöbəsinin müdiri
Son tarix 06 may 2022 - [email protected]
Namizədə aid tələblər:
-
Ali təhsil;
-
Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışıq qabiliyyəti;
-
Müvafiq vəzifə üzrə minimum 4-5 il təcrübə;
-
Yüksək Microsoft Ofis proqramları biliyi;
-
Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
-
Dürüstlük və kollektivdə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
-
Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
-
Bazarın araşdırılması;
-
Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
-
Müştəri bazasının formalaşdırılması
-
Şirkətin satış həcminin artırılmasına dəstək;
-
Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
-
Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
-
İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
-
Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
-
Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.
İş qrafiki:
-
Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi.
-
Əmək haqqı: 2000 AZN + bonus (KPİ)
-
Nahar şirkət tərəfindən verilir,
-
Korporativ nömrə (korporativ paket),
-
Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satış Müdiri” yazaraq göndərə bilərlər.
Təcrübə Proqramı-Satış Təmsilçisi
Son tarix 06 may 2022 - - [email protected]
Namizədə aid tələblər:
-
Ali təhsil (mühəndislik ixtisasından məzun olanlara üstünlük veriləcək);
-
Rus dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
-
Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
-
Dürüstlük və kollektivdə işləmə bacarığı.
-
Xanım namizəd.
Vəzifə öhdəlikləri:
-
Mağazaya daxil olan müştərilər ilə ünsiyyət,
-
Müştəriyə məhsul haqqında məlumatın verilməsi,
-
Satışların həyata keçirilməsi.
İş qrafiki:
-
Həftə içi 5 gün saat 09:00-18:00.
-
Nahar şirkət tərəfindən verilir,
-
Korporativ nömrə (korporativ paket),
-
Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Təcrübə proqramı 3-aylıqdır. Təcrübə müddətini uğurla bitirən namizəd iş ilə təmin ediləcəkdir.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mağaza satış-Təcrübə” yazaraq göndərə bilərlər.