Başak Group
Xarici Satınalma üzrə Mütəxəssis
Son tarix 19 may 2024 [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil;
- Xarici satınalmada minimum +3 illik analoji iş təcrübəsi,
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- İngilis və rus dilində ünsiyyət bacarığı (fərqli dillər bilməyi üstünlükdür),
- MS Office proqramları üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Hesabat, təqdimat hazırlanması;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əmək haqqı: müsahibə əsasında
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Xarici satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.