Başak Group
Baş mühəndis
Son tarix 15 okt 2023 - [email protected]
Namizədə aid tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);
- Kompüter bilikləri: MS Office proqramları, AutoCad;
- İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Material sərfini hesablamağı bacarmaq;
- Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
- İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 2000-2500 AZN
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühəndis” yazaraq göndərə bilərlər.