Başak Group
Satınalma üzrə mütəxəssis
Son tarix 20 okt 2022
Namizədə aid tələblər:
- Ali təhsil;
- 2-3 illik analoji iş təcrübəsi
- Dövlət satınalmalar haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər,
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
- MS Office proqramları üzrə biliklər ;
Vəzifə öhdəlikləri:
- Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
- Normativ baza ilə əlaqədar olan satınalmaların inkişaf etdirilməsinə yardım;
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Hesabat, təqdimat, memorandum və s. hazırlanması;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- Daxili və xarici sistemin yaradılması;
- Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması;
- Qiymətləndirmənin həyata keçirilməsi üçün təchizatçı performansına dair məlumatları toplanması və tərtib edilməsi.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 800 AZN+Bonus (KPİ)
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.