Bank Respublika ASC
Xidmətlər üzrə məsləhətçi (Sumqayıt filialı)
Son tarix 15 iyn 2024 - Müraciət et
Təsvir:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- Müştərilər arasında aparılan sorğularda iştirak;
- Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili və Rus dilləri əla səviyyədə mütləqdir;
- Komputer bilikləri: Microsoft Office Program (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı.
İdarə Heyəti sədrinin ofisinə mütəxəssis
Son tarix 14 iyn 2024 Müraciət et
Təsvir:
- Sənəd dövriyyəsinin bankdaxili qaydalara uyğun aparılmasına nəzarət etmək;
- İdarə Heyəti, Riskləri İdarəetmə, Aktiv və Passivləri İdarəetmə, İnformasiya texnologiyaları, Layihələri İdarəetmə Komitəsi və s. bankdaxili komitələrin iclaslarını təşkil etmək, zərurət yarandıqda iclaslarda katib kimi iştirak etmək;
- Bankın rəhbər işçilərinin (Müşahidə şurasının sədri, İdarə Heyətinin Sədri və üzvlərinin) görüşlərini təşkil etmək;
- Bankın rəhbər işçilərinin xaricə ezamiyyələri, xarici qonaqların qəbulu və görüşlərini təşkil etmək;
- Bankın rəhbərliyinə Beynəlxalq Maliyyə İnstitutları tərəfindən təşkil olunan treninq və seminarlar barədə vaxtaşırı məlumat vermək;
- Bankın rəhbərliyinin treninq və seminarlarda iştirakını təmin etmək və bununla əlaqədar bütün təşkilati işləri həyata keçirmək;
- Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya sahələri üzrə arzuolunandır);
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə mütləqdir;
- MS Office yüksək səviyyədə biliklər (Word, Excel, Power point);
- Güclü analitika və problem həll-etmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Təhlil etmək, yazılı məlumat və hesabat vermək bacarıqları.
Kart prosessinq sisteminin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi (PL/SQL Developer)
Son tarix 14 iyn 2024 Müraciət et
Təsvir:
- Verilən texniki tapşırığa uyğun PL/SQL –də layihələrin/yeni məhsulun işlənib hazırlanması, izlənilməsi, səhvlərin araşdırılması və aradan qaldırılması;
- PL/SQL üzərindən yazılmış mövcud layihələrdə lazımi əlavələr, dəyişikliklərin olunması;
- PL/SQL kontekstində: packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection və digər elementləri analiz etmək və optimallaşdırmaq bacarığı;
- Compass sistemində gün bağlanma , iş prosesi zamanı baş verən xətaların core sistemində həlli;
- Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi;
- Rus dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
- Əlaqədar sahələrdə sertifikatların olması üstünlükdür (məsələn, Oracle Certified Professional - OCP, Oracle PL/SQL Developer Certified Associate, və s.).
Tələblər:
- Ali təhsil;
- PL/SQL ,SQL sahəsində minimum 2 il iş təcrübəsi;
- Oracle PL/SQL ,SQL, PostgreSQL;
- Yeni məlumatları tez anlamaq, analiz və tətbiq etmək bacarığı;
- Compas programı üzrə bilik arzuolunandır;
- İnkişaf etmiş məntiqi və analitik təfəkkür, alqoritmik düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili(texniki səviyyədə) və İngilis dili arzuolunandır;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Bank sektorunda iş təcrübəsi olan namizədə üstünlük veriləcəkdir;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir;
- Agile metodologiyası barədə məlumatlı olmaq ( biliyi arzuolunandır).
Hesabatlıq və SQL təminatı şöbəsinin aparıcı mütəxəssisi/mütəxəssisi (SQL Developer)
Son tarix 14 iyn 2024 Müraciət et
Təsvir:
- Biznes strukturlardan daxil olan tələblər əsasında SQL scriptlərin yazılması;
- Yeni və mövcud hesabatların performansının optimallaşdırılması;
- Yeni layihələrdə cədvəl strukturları üçün ER Diaqramlarının qurulması və rəylərin verilməsi;
- Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi.
Tələblər:
- Ali təhsil;
- SQL/Hesabatlıq üzrə minimum 2 il bank təcrübəsi;
- Oracle SQL, PostgreSQL;
- PL/SQL bilikləri arzuolunandır;
- Analitik düşünmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir.
Web developer (PHP)
Son tarix 15 iyn 2024 Müraciət et
Təsvir:
- Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
- İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
- Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
- Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
- Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.
Tələblər:
- Ali təhsil;
- PHP, JavaScript, HTML, CSS üzrə minimum 2 il iş təcrübəsi;
- Məlumat bazalarının proqramlaşdırılması sahəsində biliklər (SQL, PLSQL);
- Agile metodologiyası barədə məlumatlı olmaq.
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
- Analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı.