Pərakəndə Bankçılıq üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis (Xaçmaz və Bakı filialları)
Son tarix 19 mar 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 Mart 2024-cü il tarixinədək emailin mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis/ aparıcı mütəxəssis/baş mütəxəssis (Xaçmaz/ bakı filialları) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Xidmətlər üzrə məsləhətçi (Reception)
Son tarix 16 mar 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- Müştərilər arasında aparılan sorğularda iştirak;
- Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili və Rus dilləri əla səviyyədə mütləqdir;
- Komputer bilikləri: Microsoft Office Program (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Mart 2024-cü il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi(Reception) – Bakı qeyd etməklə elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Scrum master
Son tarix 16 mar 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Agile dəyər və prinsiplərini şirkətdə və komanda daxilində təşviq etmək;
- Agile komandalarını idarə etmək;
- Agile görüşlərinin fasilitasiyası;
- Scrum komanda üzvlərinə layihənin məqsədi barədə məlumatları düzgün çatdırmaq;
- Bakloqun prioritetləşdirilməsində PO-ya dəstək olmaq;
- Scrum komanda daxilində problemlərin həllində dəstək olmaq;
- Qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında komandaya dəstək olmaq;
- Bankdaxili və komanda daxili biznes və Agile metriklərini təqib etmək;
- Agile üzrə ən yaxşı praktikalardan istifadə etmək və digər Scrum masterlərlə effektivliyi artırmaq üçün əməkdaşlıq etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (IT yönümlü üstünlükdür);
- Agile mühitində 1 ildən artıq iş təcrübəsi;
- Layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
- CSM / PSM I sertifikatlarının olması üstünlükdür;
- Jira/Zoho alətlərində işləmək bacarığı üstünlükdür;
- Korporativ mühitdə çalışmaq bacarığı;
- Mükəmməl ünsiyyət bacarığı;
- Komandanın inkişafı üçün komanda üzvlərinə dəstək olmaq;
- Vaxtın səmərəli idarə edilməsi və təşkiletmə bacarığı;
- Problem həll etmə bacarığı və nəticəyönümlülük;
- İngilis və rus dillərin biliyi üstünlükdür.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə “Scrum Master” qeyd edərək, 15 Mart 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.