Bank Respublika ASC
Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin (PL/TMM) mütəxəssisi
Son tarix 23 yan 2024 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi;
- PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
- PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda yerli və beynəlxalq sanksiya siyahıları ilə uyğunluğunun araşdırılması, ödənişlərin icrasına dair rəylərin verilməsi;
- Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
- PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
- Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili PL/TMM haqqında qaydalarla uyğunluğunun araşdırılması və cavablandırılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil);
- Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
- Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
- Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
- Araşdırma və təhlil üçün tələb olunan məlumatı toplama bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik və təşəbbüskarlıq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 yanvar 2024-cü il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Filial şəbəkələrinin idarəedilməsi üzrə mütəxəssis
Son tarix 23 yan 2024 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Məlumat bazası üzrə periodik hesabatların hazırlanması;
- Texniki tapşırıqların yazılması;
- Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Əməkdaşların fəaliyyət göstəricilərinin təhililinin həyata keçirilməsi;
- Filiallar ilə sıx əlaqə, filiallar arası proseslərin izlənməsi, təhlil edilərək təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyənləşdirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və tətbiqi riyaziyyat üzrə təhsil arzuolunandır);
- Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Bank/maliyyə sektorunda təcrübəsi olanlara üstünlük veriləcək;
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili və ya İngilis dili orta səviyyədə;
- Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
- İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
- Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Təzyiq, stress altında işləmək bacarığı;
- Komanda və insanlar ilə işləmək bacarıqları;
- Məsuliyyət və detallara qarşı diqqət.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 yanvar 2024-cü il tarixinədək emailin mövzu hissəsində Filial şəbəkələrinin idarəedilməsi üzrə mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Xidmətlər üzrə məsləhətçi (Reception)
Son tarix 23 yan 2024 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- Müştərilər arasında aparılan sorğularda iştirak;
- Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili və Rus dilləri əla səviyyədə mütləqdir;
- Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 yanvar 2024-cü il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi(Reception) – Bakı qeyd etməklə elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Pərakəndə Bankçılıq üzrə Mütəxəssis (Sumqayıt)
Son tarix 23 yan 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 Yanvar 2024-cü il tarixinədək emailin mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Sumqayıt) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi
Son tarix 23 yan 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın filiallarında çalışan əməkdaşların müştərilərə göstərdikləri xidmət prosesinin monitorinqi;
- Monitorinqlər zamanı əldə edilən məlumatlara əsaslanaraq təhlilin aparılması;
- Aparılan təhlillərlə bağlı hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Bank sahəsində (İstehlak kreditləri və əməliyyat sahəsi üzrə hüquqi və fiziki şəxslərə xidmət) 2 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili yaxşı səviyyədə arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Təhliletmə və operativ işləmə bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi qeyd etməklə 22 yanvar 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.