Bank Respublika ASC
Bakı filialları üçün Xidmətlər üzrə məsləhətçi (Reception)
Son tarix 19 okt 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- Müştərilər arasında aparılan sorğularda iştirak;
- Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili və Rus dilləri əla səviyyədə mütləqdir;
- Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakı qeyd etməklə göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Pərakəndə Bankçılıq üzrə mütəxəss
Son tarix 04 noy 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Qax) qeyd etməklə göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ bankçılıq üzrə mütəxəssis
Son tarix 19 okt 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Bankın korporativ müştərilərinə xidmət etmək;
- Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
- Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
- Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Korporativ bankçılıq üzrə mütəxəssis (Bakı) qeyd etməklə göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis(Naxçıvan)
Son tarix 19 okt 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Naxçıvan) qeyd edərək göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Qax filialı)
Son tarix 18 okt 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Qax) qeyd edərək göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis
Son tarix 18 okt 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bank məhsulları və xidmətlərinin mütəmadi olaraq təhlil edilməsi;
- Bank əməliyyatlarının təhlili və monitorinqi;
- Fraud ehtimalı olan bank əməliyyatlarının araşdırılması;
- Biznes proseslərdə fraud hallarının müəyyən edilməsi və araşdırılması;
- Aşkar olunan fraud və dələduzluq halları ilə bağlı hesabatların təqdim edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Bank sektorunda əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi mütləqdir;
- Bank əməliyyatlarının tənzimlənməsi barədə qanunvericilik aktları, AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə yüksək səviyyədə biliklər;
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- Dəqiqlik, detallara fikir vermə və analitik təhlil qabiliyyəti.
- Zərurət olduqda monitorinq məqsədilə şəhər və region filiallarına səfərlər etmək imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis qeyd edərək göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Abşeron rayonu üzrə Korporativ satış təmsilçisi
Son tarix 04 noy 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
- Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
- Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Satış sahəsində iş təcrübəsi mütləqdir;
- Bank sektorunda əməliyyat və kredit sahəsi üzrə təcrübənin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
- MS Office proqramları üzrə biliklər;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
- Hesabatlılığın aparılması bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Korporativ satış təmsilçisi qeyd edərək göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bakı və Naxçıvan filialları üçün Kredit üzrə arxa ofis mütəxəssisi
Son tarix 19 okt 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
- Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
- Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
- Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
- Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Azərbaycan dili əla (yazılı və şifahi);
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində müvafiq olaraq aşağıdakıları qeyd etməklə 18 oktyabr 2023-cü il tarixinədək göndərə bilər:
- Kredit üzrə arxa ofis mütəxəssisi (Bakı)
- Kredit üzrə arxa ofis mütəxəssisi (Naxçıvan)
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.