Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA
"Bashak Supply" işçi axtarır - MAAŞ 2500-3000 MANAT - VAKANSİYA
"Rabitabank" işçi axtarır - VAKANSİYA
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
Neft-qaz şirkəti işçilər axtarır - VAKANSİYALAR
"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR
Azərbaycanda şirkət işçi axtarır - MAAŞ 4600-5700 MANAT + AİLƏVİ SIĞORTA - VAKANSİYA
Bakıdakı xarici səfirlik işçi axtarır - VAKANSİYA
"PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
"SRC LLC" işçi axtarır - MAAŞ 1200-1400 MANAT - VAKANSİYA
Bank Respublika ASC
Pərakəndə Bankçılıq üzrə Mütəxəssis (MXD, VİP şöbə)
Son tarix 25 avq 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın VİP müştərilərinə (fiziki şəxslər) pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 avqust 2023-cü il tarixinədək email-in mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (MXD, VİP şöbə) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis
Son tarix 25 avq 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Təhkim edildiyi filialların problemli kreditlər üzrə müştərilərilə işi təşkil etmək;
- Problemli kreditlər üzrə müştərilər və onların ailə üzvləri ilə görüşləri təşkil etmək;
- Məhkəməyə qədər borcu qaytarmayan müştərilərin faktiki yaşayış ünvanlarını müəyyən etmək;
- Problemli kreditlər üzrə müştərilərlə aparılan işlər üzrə müvafiq hesabat cədvəlində qeydlər aparmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Problemli kreditlər üzrə müştərilərlə iş üzrə minimum 1 il təcrübə;
- Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Məsuliyyətlilik, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnformasiya Təhlükəsizliyi Departamentində Təcrübə Proqramı
Son tarix 15 avq 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Öz işinin peşəkarları yanında təcrübə keçmək;
- Real iş mühiti ilə tanış olmaq;
- Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
- “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi istiqamətləri üzrə təhsil arzuolunandır);
- 4-cü kurs tələbələri və ya yeni universitet məzunları təcrübə proqramına müraciət edə bilər;
- Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);
- Analitik düşüncə qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramı qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.