Bank Respublika ASC
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Naxçıvan)
Son tarix 21 iyn 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 iyun 2023-cü il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Naxçıvan) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
MHBS (Maliyyə hesabatlarının beynəlxalq standartları) əsasında hesabatlıq şöbəsinə aparıcı/baş mütəxəssis
Son tarix 21 iyn 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bank və onun konsolidasiya olunan törəmə müəssisələrinin maliyyə hesabatlarını MHBS-ə uyğun olaraq və həmçinin bankdaxili qaydalara əsasən təhlil edir, MHBS əsasında hesabatların tərtibi məqsədi ilə onları yoxlayıb qəbul edir, MHBS-ə uyğun hesabatları hazırlayır;
- Bankda aparılan kənar audit zamanı auditorlarla iş prosesində sıx əməkdaşlıq edir, kənar auditorlarla bankın aidiyyatı struktur bölmələri arasında əlaqələndirmə işləri aparır, işlərin müqavilə üzrə nəzərdə tutulmuş tarixlərdə təhvilinə nəzarəti həyata keçirir, audit rəyinin və MHBS əsasında yekun maliyyə hesabatlarının hazırlanmasında yaranan bütün sualların aradan qaldırılmasında dəstək göstərir, müvafiq düzəliş faylları və qeydlərini (disclosures) hazılayır;
- MHBS-də aparılan hər hansı əlavə və dəyişiklikləri nəzərə alır, bununla bağlı aidiyyatı şəxsləri məlumatlandırır.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- ACCA sertifikatları (Financial Accounting, Financial Reporting, Financial Managment);
- MHBS əsasında hesabat hazılanması ilə bağlı iş təcrübəsi;
- Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
- SQL və “Data management”-ə aid sair bacarıqlar üstünlükdür;
- Analitik qabiliyyətlər;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 iyun 2023-cü il tarixinədək, email-in mövzu hissəsində MHBS əsasında hesabatlıq şöbəsinə aparıcı/baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.