Bank Respublika ASC
Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Son tarix 17 may 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Onlayn kanallardan daxil olan sifarişlərin ilkin təhlil edilərək proqram təminatında qeydiyyatının aparılması;
- Bankın mövcud məhsul və xidmətləri barəsində müştərilərə zəng vasitəsi ilə təklif verilməsi, satışının həyata keçirilməsi;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair təkliflərin verilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- İstehlak kreditləri və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi qeyd etməklə 16 may 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Məhsul sahibi (Product owner)
Son tarix 18 may 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Vision, Roadmap formalaşdırılması, məhsul strategiyasının yaradılması;
- Müştəri ehtiyaclarına uyğun olaraq məhsul ilə əlaqəli işlərin siyahısının (Backlog) hazırlanması, prioritetləşdirilməsi, tapşırıq ilə bağlı qəbul kriteriyalarının müəyyən edilməsi;
- Məhsul üzrə hədəflərin icrasının izlənilməsi, tələblərə uyğun olan ehtiyacların formalaşdırılması;
- “Stakeholder”-lərlə daimi ünsiyyət və görüşlərdə iştiraklarının təmin edilməsi;
- Məhsul tələblərinin komanda üzvlərinə aydın şəkildə izah edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Minimum 3 il məhsul sahibi/məhsul rəhbəri və ya layihə rəhbəri kimi iş təcrübəsi mütləqdir (Bank, Maliyyə təşkilatı, Fintech və Telekommunikasiya sahələri üzrə);
- Mobil tətbiqlərin yaradılması, istifadəyə verilməsi və Mobil tətbiq hazırlayan komandaya rəhbərlik və idarəetmə üzrə təcrübə mütləqdir;
- Ödəniş sistemləri (kart biznesi) və pərakəndə maliyyə məhsullarının yaradılması üzrə iş təcrübəsi arzuolunandır;
- “Agile” prinsipləri üzrə bilik və təcrübənin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Analitik düşünmə qabiliyyəti;
- Güclü liderlik və ünsiyyət bacarıqları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Məhsul sahibi (Product owner) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Xidmətlər üzrə məsləhətçi (Reception, Memar Əcəmi və Sumqayıt filialı)
Son tarix 18 may 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- Müştərilər arasında aparılan sorğularda iştirak;
- Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə;
- Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Memar Əcəmi və ya Xidmətlər üzrə məsləhətçi (Reception) – Sumqayıt qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Ticarətin Maliyyələşdirilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 17 may 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Sənədli əməliyyatlar istiqamətində periodik hesabatların hazırlanması (Excel və s. proqramlardan istifadə etməklə);
- Müvafiq tənzimləyici orqanların tələbləri və daxili normativ aktlara riayət olunmasına nəzarət;
- Filial, şöbə və bankın digər struktur bölmələri, həmçinin dövlət orqanlarından daxil olan şifahi və yazılı sorğuların cavablandırılması;
- Filiallardan gələn qarantiya/akkreditiv sifarişlərini təhlil etmək və operativ qərarlar vermək;
- Sənədli əməliyyatlar üzrə satışın artırılması üçün əməkdaşlara müvafiq dəstək göstərilməsi;
- Sənədli əməliyyat məhsulları üzrə planın icrasına dair məlumatların periodik olaraq hesabat şəklində filiallara göndərilməsi;
- Filialların qarantiya/akkreditiv portfelinin hesabatlar əsasında təhlil edilməsi;
- Bankın sənədli əməliyyatlar üzrə layihələrində iştirak, yeni məhsulların testlərinin edilməsi, həmçinin yeni hesabatların sifarişi və test edilməsi;
- Sənədli əməliyyatlar istiqamətində bankın daxili qayda və prosedurlarına dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi;
- Sənədli əməliyyat məhsulları üzrə zəruri hallarda bazar araşdırmasının aparılması və müvafiq hesabatlar/təqdimatların hazırlanması;
- Sənədli əməliyyatlar istiqamətində işçilərin bilgisinin artırılması məqsədilə təlimlərin keçilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Təcrübə: Bankda biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi;
- Bankın fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Excel proqramı ilə işləmə bacarığı (formulalar, məntiqlər, shortcuts və s.);
- Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Ticarətin Maliyyələşdirilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
React developer
Son tarix 17 may 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- React.js, digər kitabxana və texnologiyalardan istifadə etməklə yaxşı dizayn edilmiş və yüksək keyfiyyətli front sistemlər qurmaq;
- Front-end arxitekturanı davamlı təkmilləşdirmək;
- Komponentlərin maksimum performans üçün optimallaşdırılması;
- Cihaz və brauzerlər arasında performansı təmin etmək üçün kodun sazlanması və optimallaşdırılması;
- Kod review-da iştirak.
Namizədə qarşı tələblər:
- Sahə üzrə minimum 2 il iş təcrübəsi (bank sektoru arzuolunandır);
- JavaScript üzrə dərin biliklər və təcrübə;
- ReactJS üzrə dərin biliklər;
- Redux toolkit üzrə dərin biliklər;
- Typescript üzrə dərin biliklər;
- NodeJs üzrə biliklər;
- HTML, CSS üzrə biliklər.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində React developer qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.