Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Nərimanov filialı)
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
-
Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
-
Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
-
Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
-
Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
-
Biznes analizlərin aparılması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil;
-
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
-
Yüksək səviyyədə satış etmək bacarığı;
-
Korporativ müştərilərlə işləmək bacarığı;
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
-
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək emailin mövzu hissəsində Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Nərimanov) qeyd edərək elektron ünvanına göndərə bilər: Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ bankçılıq üzrə mütəxəssis/aparıcı mütəxəssis (Bakı filialları)
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
-
Bankın korporativ müştərilərinə xidmət etmək;
-
Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
-
Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
-
Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
-
Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-
Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
Aidiyyəti sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
-
Dil bilikləri: Azərbaycan dili (əla);
-
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Korporativ bankçılıq üzrə mütəxəssis/aparıcı mütəxəssis (Bakı) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ bankçılıq üzrə mütəxəssis (Lənkəran, Masallı, Mingəçevir, Şirvan, Ağcabədi)
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
-
Bankın korporativ müştərilərinə xidmət etmək;
-
Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
-
Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
-
Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
-
Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-
Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
-
Dil bilikləri: Azərbaycan dili (əla);
-
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində müvafiq olaraq aşağıdakıları qeyd etməklə elektron ünvanına göndərə bilər:
-
Korporativ bankçılıq üzrə mütəxəssis (Lənkəran)
-
Korporativ bankçılıq üzrə mütəxəssis (Masallı)
-
Korporativ bankçılıq üzrə mütəxəssis (Mingəçevir)
-
Korporativ bankçılıq üzrə mütəxəssis (Şirvan)
-
Korporativ bankçılıq üzrə mütəxəssis (Ağcabədi)
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təhlil və Hesabatlılıq şöbəsinə Analitik
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Problemli kredit portfelinin analizi və təhlili;
-
Yığım üzrə işçi qrupu əməkdaşlarının fəaliyyəti üzrə nəticələrin qiymətləndirilməsi;
-
Struktur bölmə əməkdaşlarının motivasiya sistemi üzrə müvafiq prosedurların icrası;
-
Hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
İş təcrübəsi: aidiyyatı sahə və ya kredit sahəsi üzrə arzuolunandır;
-
Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);
-
Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel – yüksək səviyyədə);
-
Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
-
Yüksək səviyyədə riyazi hesablama və məlumatlar əsasında təhlil etmə bacarığı;
-
Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Analitik (Problemli kreditlərin yığımı üzrə) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
PL/TMM şöbəsinin (Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə) mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
PL/TMM proqram təminatında müştərilərin bank əməliyyatlarının gündəlik əsasda monitorinq olunması, qeyri-adi, şübhəli maliyyə əməliyyatlarının aşkar edilməsi və araşdırılması;
-
PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və beynəlxalq ödənişlərinin gündəlik əsasda araşdırılması və bankdaxili qaydalara uyğunluğunun yoxlanılması;
-
Müştərilərin qəbulu və hesabların açılması zamanı müştəri profilinin Öz Müştərini Tanı (KYC) bankdaxili prosedurlara uyğunluğunun yoxlanılması;
-
Əməliyyatların avtomatlaşdırılmış monitorinqi üçün şübhəlilik indikatorları əsasında proqram təminatında biznes ssenarilərin yazılması, sistemin monitorinq imkanlarının inkişaf etdirilməsi;
-
PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
-
Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili qaydalara uyğunluğunun araşdırılması və cavablandırılması;
-
PL/TMM sahəsi üzrə biznes proseslərin inkişaf etdirilməsi və bankdaxili layihələrdə iştirak edilməsi;
-
Müxbir bank və digər maliyyə institutlarından Rus və İngilis dillərində daxil olan sorğuların cavablandırılması;
-
Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif analitik hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
-
Ali təhsil - maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil;
-
Bank sahəsində ən azı 1,5-2 illik iş təcrübəsi (Bankın əməliyyat və ya plastik kartlar sahəsində iş təcrübəsinin olması arzuolunandır);
-
Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə arzuolunandır;
-
Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə, SQL biliklərinə üstünlük verilir;
-
Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
-
PL/TMM sahəsi üzrə yerli qanun və normativ qaydalar üzrə biliklər;
-
PL/TMM sahəsi üzrə iş təcrübəsi, yerli və ya beynəlxalq sertifikatların olması əlavə üstünlükdür;
-
Araşdırma və təhlil üçün lazım olan məlumatları toplama bacarığı;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-
Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Məsuliyyətlilik, təşəbbüskarlıq və novatorluq;
-
PL/TMM sahəsi ilə əlaqəli yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bərdə, Gəncə, Tovuz, Masallı)
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
- Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
- Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
- Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
- Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
- Biznes analizlərin aparılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
- Yüksək səviyyədə satış etmək bacarığı;
- Korporativ müştərilərlə işləmək bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək emailin mövzu hissəsində müvafiq olaraq aşağıdakı kimi qeyd edərək elektron ünvanına göndərə bilər:
- Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bərdə)
- Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Gəncə)
- Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Tovuz)
- Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Masallı)
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Xidmətlər üzrə məsləhətçi (Reception)
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- Müştərilər arasında aparılan sorğularda iştirak;
- Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
- Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakı qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
- Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
- Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
- Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
- Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində risk və insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
- Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
- Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
- Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
- Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi mütləqdir;
- Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
- MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır.
- Təşəbbüskarlıq və novatorluq;
- Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.