Bank Respublika ASC
Kassir (Bakı)
Son tarix 16 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
- Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
- Yüksək ünsiyyət bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Bakı) qeyd etməklə 15 avqust 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bank Respublika ASC
Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi
Son tarix 16 avq 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın filiallarında çalışan əməkdaşların müştərilərə göstərdikləri xidmət prosesinin monitorinqi;
- Monitorinqlər zamanı əldə edilən məlumatlara əsaslanaraq təhlilin aparılması;
- Aparılan təhlillərlə bağlı hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Bank sahəsində (İstehlak kreditləri və əməliyyat sahəsi üzrə hüquqi və fiziki şəxslərə xidmət) 2 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili yaxşı səviyyədə arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Təhliletmə və operativ işləmə bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi qeyd etməklə 15 avqust 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.