Bank Respublika ASC
Mükafat və Müavinətlərin təhlili və icrası şöbəsinin baş mütəxəssis/meneceri
Son tarix 01 sen 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud mükafat və müavinət proqramları, siyasət və prosedurların mütəmadi qiymətləndirilməsi və dəyişdirilməsinə dair təkliflərin verilməsi;
- Yeni mükafat və müavinət proqramları, habelə aidiyyəti struktur bölmə ilə birgə siyasət və prosedurlarının hazırlanması və həyata keçirilməsi;
- Məvacib strukturunun qurulması və idarə edilməsi;
- Mükafat və müavinət planlarının biznes strukturlarla qarşılıqlı müzakirəsi və razılaşdırılması;
- İşçilərin vəzifə və əmək haqqı artımlarının illik plan əsasında təşkili və icrasına nəzarət;
- Büdcə, hesabat və təqdimatların hazırlanması;
- Bankın mükafatlandırma siyasətlərinin rəqabətədavamlı olmasını təmin etmək üçün müvafiq müavinət məlumatlarının nəzərdən keçirilməsi;
- Mükafat və müavinət üzrə sorğuların təşkili və nəticələrin təhlili;
- Mükafat, əməkhaqqı və digər ödənişlərlə bağlı müxtəlif hesabatların hazırlanması;
- Bankın inkişafı üçün gələcək tendensiyaların proqnozlaşdırılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, riyazi və ya iqtisadi sahələr üzrə);
- İnsan resursları sahəsi üzrə minimum 3 il iş təcrübəsi arzuolunandır;
- MS Office proqramları üzrə biliklər;
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Güclü təqdimat bacarığı;
- Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Operativlik, dəqiqlik və məsuliyyətlilik;
- Yüksək səviyyədə idarəetmə, planlama və icraçılıq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2023-cü il tarixinədək email-in mövzu hissəsində Mükafat və Müavinətlərin təhlili və icrası şöbəsinin baş mütəxəssis/meneceri qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlilərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.