Bank Respublika ASC
ASC ATM və ödəniş terminallarına xidmət üzrə mütəxəssis
Son tarix 05 noy 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- ATM və ödəniş terminallarının mütəmadi profilaktikası və təmiri;
- İnkassasiya prosesində yaranan problemlərin aradan qaldırılması;
- Kasetlərin bir nominaldan başqa nominala dəyişdirilməsi;
- Yeni ATM və ödəniş terminallarının quraşdırılması, proqramlaşdırılması və monitorinqi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (texniki təhsil arzu olunandır);
- İT sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili texniki səviyyədə mütləqdir;
- Format, tam diaqnostika (Windows XP/7/8.1/10-nun quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi);
- Bütün növ proqramları quraşdırmaq bacarığı;
- MS Outlook, Word, Excel (2003/2007/2010) üzrə yüksək səviyyədə biliklər;
- ATM və ödəniş terminallarının iş prinsipinə dair biliklər;
- ATM və ödəniş terminallarının elektron və mexaniki hissələri barədə biliklər;
- ATM və ödəniş terminallarının fəaliyyət göstərən proqram təminatının sazlanması, baş verən xətaların müəyyən olunması və aradan qaldırılma üsullarını bilmək;
- Ən azı B kateqoriya sürücülük vəsiqəsi;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04 noyabr 2022-ci il tarixinədək emailin mövzu hissəsində ATM və ödəniş terminallarına xidmət üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.