İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis
Son tarix 04 fev 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
-
Bankda kargüzarlıq işini təşkil etmək;
-
Kargüzarlıq və sənəd dövriyyəsi (bank əməliyyatları ilə bağlı sənəd dövriyyəsi daxil deyildir) barədə bankdaxili qaydaları işləyib hazırlamaq, İdarə Heyətinin təsdiqindən sonra onun icrasını təmin etmək;
-
Sənəd dövriyyəsinin bankdaxili qaydalara uyğun aparılmasına nəzarət etmək;
-
Banka daxil olan korrespondensiyaların qeydiyyatını aparmaq;
-
Bankın rəhbər işçilərinin (İdarə Heyətinin Sədri və üzvlərinin) görüşlərini təşkil etmək;
-
Bankın rəhbər işçilərinin xaricə ezamiyyələri, xarici qonaqların qəbulu və görüşlərini təşkil etmək;
-
Bankın rəhbərliyinə Beynəlxalq Maliyyə İnstitutları tərəfindən təşkil olunan treninq və seminarlar barədə vaxtaşırı məlumat vermək;
-
Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Namizədə qarşı tələblər:
-
Ali təhsil;
-
MS Office (Word, Excel) proqramları üzrə biliklər;
-
Dil bilikləri: Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı);
-
Komandada işləmək bacarığı;
-
Operativlik, dəqiqlik və səliqəlilik;
-
Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 4 fevral 2022-ci il tarixinədək email-in mövzu hissəsində İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.