Bank Respublika ASC
PL/TMM və Komplayens Departamentinin kiçik mütəxəssis/mütəxəssisi
Son tarix 17 okt 2025 - Müraciət et
Təsvir
- Siron Embargo proqramında transsərhəd köçürmələrə nəzarət;
- Transsərhəd köçürmələr üzrə filiallardan daxil olan sorğulara rəy verilməsi;
- Müvafiq hesabatların hazırlanması;
- Transsərhəd köçürmələrdə PL/TM və sanksiya risklərinin qarşısının alınması məqsədilə monitorinqin aparılması və təkliflərin hazırlanması;
- Filial, şöbə və digər struktur bölmələrdən PL/TMM və Komplayens departamentinə daxil olan sorğuların araşdırılması və cavablandırılması.
Tələblər
- İqtisadiyyat, riyaziyyat və ya digər uyğun sahələr üzrə ali təhsil;
- Banklarda əməliyyat sahəsində iş təcrübəsi arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office Word, Excel – orta səviyyədə; (Microsoft Power BI bilikləri üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dili – əla; Rus və İngilis dilləri – arzuolunandır;
- Analitik və məntiqi düşünmə qabiliyyətinə sahib olmaq, qanunauyğunluqları müəyyən etməyə maraq göstərmək;
- Detallara diqqətli olmaq;
- Öyrənməyə həvəsli olmaq;
- Məsuliyyətli olmaq;
- Komandada işləmə bacarığı;
- Konfidensial informasiya ilə işləmə bacarığı.
Qeyd: Bu sahədə təcrübəsi olmayan, lakin yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərə təcrübəli əməkdaşların mentorluğu və dəstəyi ilə ilk 1 ay ərzində PL/TMM sahəsi üzrə kompleks bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur. Namizədlərə müraciət etməzdən əvvəl çirkli pulların yuyulması və iqtisadi sanksiyalar mövzuları üzrə ilkin araşdırma apararaq tanış olmaları tövsiyə edilir.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qax filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis
Son tarix 17 okt 2025 Müraciət et
Təsvir
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək
Tələblər
- Ali təhsil;
- Mikro və aqro kreditləri sahəsi üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.