Bank Respublika ASC
MHBS əsasında hesabatlıq departamentində mütəxəssis
Son tarix 19 iyn 2025 - Müraciət et
Təsvir
- Bankın və onun konsolidasiya olunan törəmə müəssisələrinin maliyyə hesabatlarını MHBS-ə uyğun olaraq və həmçinin bankdaxili qaydalara əsasən təhlil edir, MHBS əsasında hesabatların tərtibi məqsədi ilə onları yoxlayıb qəbul edir , MHBS-ə uyğun hesabatları hazırlayır;
- Bankda aparılan kənar audit zamanı auditorlarla iş prosesində sıx əməkdaşlıq edir , kənar auditorlarla bankın aidiyyatı struktur bölmələri arasında əlaqələndirmə işləri aparır, işlərin müqavilə üzrə nəzərdə tutulmuş tarixlərdə təhvilinə nəzrəti həyata keçirir, audit rəyinin və MHBS əsasında yekun maliyyə hesabatlarının hazırlanmasında yaranan bütün sualların aradan qaldırılmasında dəstək göstərir, müvafiq düzəliş fayllarını və qeydlərini (disclosures) hazılayır;
- MHBS-də aparılan hər hansı əlavə və dəyişikliklərı nəzərə alır, bununla bağlı aidiyyatı şəxsləri məlumatlandırır.
Tələblər
- Ali təhsil;
- ACCA sertifikatları
- MHBS əsasında hesabat hazılanması ilə bağlı iş təcrübəsi;
- Azərbaycan dili vacib, İngilis dili vacib, Rus dili üstünlük;
- Excel proqramı üzrə güclü bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
- SQL və “data management”-ə aid sair bacarıqlar üstünlükdür;
- Analitik qabiliyyətlər;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
UI/UX Dizayner
Son tarix 19 iyn 2025 Müraciət et
Təsvir
- Məhsul sahibi və proqramçılarla birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
- Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
- Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiq edilməsi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
- Yaradılmış rəqəmsal məhsulların interfeys dizaynının inkişaf etdirilməsi.
- İnkişaf olunmuş məhsul və xidmətlər ilə əlaqəli təhlili həyata keçirtmək;
- İstifadəçilər arasında cari zəif nöqtələri və ehtiyaclarını aşkar etmək üçün araşdırmaların aparılması.
Tələblər
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
- Tamamlanmış layihələrin mövcud olması (portfolio);
- Veb-saytların və mobil tətbiqlərin dizaynı üzrə təcrübə;
- Qrafik redaktor və UI proqramlarla işləmə bacarığı (Photoshop / Illustrator / Figma və ya Adobe XD / Sketch);
- Biznes tələblərinə uyğun UX dizayn və konseptlərinin hazırlanması ilə bağlı təcrübə (Web, mobile);
- Tipoqrafika və adaptiv verstkalar üzrə bilikləri;
- Yüksək səviyyədə vizual dizayn qabiliyyəti;
- Agile yanaşma barədə ilkin biliklər;
- Komanda daxilində yüksək ünsiyyətqurma qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Korporativ satış təmsilçisi
Son tarix 19 iyn 2025 Müraciət et
Təsvir
- Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
- Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
- Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi
Tələblər
- Ali təhsil;
- Satış sahəsində iş təcrübəsi mütləqdir;
- Bank sektorunda əməliyyat və kredit sahəsi üzrə təcrübənin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
- MS Office proqramları üzrə biliklər;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
- Hesabatlılığın aparılması bacarığı;
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.