Bank Respublika ASC
Müştəri Xidməti Departamentinin VİP müştərilər ilə iş şöbəsinin mütəxəssisi
Son tarix 08 may 2024 - Müraciət et
Təsvir:
- Bankın VİP müştərilərinə (fiziki şəxslər) pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl, İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;