Bank of Baku
Biznes analist, Biznes və İT analitika bölməsinin eksperti (BMPTŞ)
Son tarix 02 may 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Bankın bir və ya bir neçə (kross-funksional) struktur bölməsi tərəfindən yerinə yetirilən funksiyalar üzrə mövcud proseslərin tərtib olunmasını və yenilənməsini tərtib edir;
- Bankın müvafiq struktur bölmələrindən daxil olan sorğuların (biznes, istək, tənzimləyicinin tələbi, risk xarakterli sorğular və.s) təhlilini aparmaqla, reallaşdırılması məqbul hesab edilən sorğular üzrə texniki tapşırıq, analiz və dizayn və s. texniki sənədləri hazırlayır və ya hazırlanmış texniki sənədlər üzrə dəyişiklik zərurəti olduqda, dəyişikliklər edir;
- Texniki sənədlərin icrası prosesində aidiyyatı struktur bölmələrin əməkdaşları ilə mütəmadi əlaqə saxlamaqla, icra edilməli işlərin gedişatına nəzarət edir və zərurət yarandığı təqdirdə, onlara müvafiq istiqamətlər verir;
- Hazırlanmış proqram təminatlarının sınaq testlərinin keçirilməsi və testin sənədləşməsi prosesinində iştirak edir;
- Bankın aidiyyatı sifarişlərinin icrası prosesinə cəlb edilmiş üçüncü tərəflər (vendor təşkilatları, inteqratorlar və.s) üçün müvafiq texniki sənədlərin hazırlanmasında iştirak edir;
- Hazırlanmış proqram təminatlarının təqdimat və təlimatlarının hazırlanmasını həyata keçirir.
Tələblər:
- Sql, məlumat bazaları ilə işləmə bacarığı;
- UI/UX, Figma ilə işləmə bacarığı;
- UML diaqramlarla işləmə bacarığı;
- Texniki tapşırıq, biznes tələbləri sənədi, API texniki sənədi və s hazırlama bacarığı.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
PLSQL developer, Kredit məhsullarının inkişafına dəstək bölməsinin eksperti
Son tarix 02 may 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Əsas Bankçılıq sistemlərinin inkişaf etdirilməsi;
- Yeni layihələrin sistemdə tətbiqi;
- Tətbiq edilmiş layihələrdə dəyişiklik və əlavələr;
- Bankın sistemlərində yaranmış xətaların aradan qaldırılmasıi;
- Verilən texniki tapşırığa uyğun proyektlərin işlənib hazırlanması;
- Oracle verilənlər bazasında proyektlərin işlənib hazırlanması;
- SQL, PL/SQL kodlarının analiz edilməsi və yaranmş problemlərin aradan qaldırılması.
Tələblər:
- İnformasiya texnologiyaları sahəsində ali təhsil üstünlükdür;
- Yaxşı səviyyədə SQL və orta səviyyədə PL/SQL bilikləri.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Flutter developer, Mobil bankçılıq bölməsinin eksperti
Son tarix 02 may 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Bankın mobil tətbiqlərinin mövcud servislərində verilən tapşırıq, tələb və ya texniki sənədlərə əsasən dəyişiklikləri kodlaşdırır, ilkin testləri edir və təhvil verir;
- Bankın müvafiq struktur bölmələrindən mobil tətbiqlərlə əlaqədar daxil olan sorğulara (biznes, istək, tənzimləyicinin tələbi, risk xarakterli sorğular və.s) əsasən, tətbiqdə mobil ekranlarla əlaqəli dəyişiklikləri kodlaşdırır, ilkin testləri edir və təhvil verir;
- Bankın müvafiq struktur bölmələrindən mobil tətbiqlərlə əlaqədar daxil olan yeni tələb, TİO və ya layihələrlə əlaqədar verilmiş texniki sənədə əsasən təhvil verilən yeni backend servis, API’ları vəya mövcud api servislərdəki dəyişikliklərin tətbiqə inteqrasiyasını kodlaşdırır, ilkin testləri edir və təhvil verir;
- Təcrübəsinə əsasən, digər komanda yoldaşları çətinliklə qarşılaşdığı zaman yenilikçi həllərlə dəstək olur, onların kodlarını yenidən nəzərdən keçirərək, lazımi düzəlişləri etməsinə dəstək olur, kod bazasının optimal səviyyədə saxlanılmasını təmin edir.
Tələblər:
- Təhsil: Ali (İnformasiya texnologiyaları sahəsində ali təhsilin olması üstünlükdür);
- Mobil platformalar (Android, İOS), Dart proqramlaşdırma dili, Flutter sdk haqqında yaxşı səviyyədə biliklərə və təcrübəyə sahib olmaq;
- Sıfırdan mobil tətbiq yaratmış, PlayStore/AppStore platformalarında yerləşdirmiş, layihələrin arxitektura və dizaynını yaradacaq bacarığa sahib olmaq və öncəki layihələrində komandada aparıcı rola malik olmaq;
- “State management” həlləri ilə yaxşı səviyyədə işləmə bacarığı və təcrübəsinə sahib olmaq (Bloc/Cubit təcrübəsi üstünlükdür);
- Kənar API, SDK, kitabxanalarla (Firebase, GoogleMap və digər) inteqrasiya təcrübəsinə sahib olmaq.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Sistem administrator (Windows), Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin aparıcı eksperti
Son tarix 02 may 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Serverlərdə işləmək üçün lazım olan əməliyyat sistemlərinin və proqram təminatlarının quraşdırması ,nəzərət və idarə edilməsi.
- Serverlərdə proqram təminatların konfiqurasiyasını həyata keçirlməsi, nəzərət və idarə edilməsi.
- Server proqram təminatının işlək vəziyyətdə saxlanılması. Baş vermiş hadisələr, nöqsanlar/qüsurlar və onların müvəqqəti həll edilməsi/aradan qaldırılması.
- Lokal şəbəkə və poçt serverinin istifadəçilərini qeydiyyata alınması, identifikatorlar və parolların təyin, nəzərət və idarə edilməsi.
- Giriş hüquqlarını təyin edılməsı və şəbəkə resurslarının istifadəsinə nəzərət və idarə edilməsi.
- Məlumatların vaxtında surətinin çıxarılması, arxivləşdirilməsini və ehtiyat nüsxəsini çıxarmasını təmin edilməsi.
- İstifadəçi və proqram təminatı xətalarının müəyyən edilməsi və onların müvəqqəti həlli/aradan qaldırılması üçün tədbirlərin görülməsi (baş mütəxəssislərin məlumatlandırılması, aşkar edilmiş problemlər barədə onlarla məsləhətləşmələrin aparılması).
- Baş mütəxəssislərlə birlikdə monitorinq işlərinin aparılması, infrastrukturun inkişafı və proseslərin optimallaşdırılması üçün təkliflərin hazırlanması.
- Serverlər və iş stansiyaları üçün antivirus qorunmasını həyata keçirilməsi, nəzərəti
- Server infrastrukturundan istifadəsı, qurulması, monitorinqinə görə məsuliyyət daşımaq. Tələb olunan hallarda hər hansı məsələlərin birbaşa departamentin rəhbərinə eskalasiya edilməsinə görə məsuliyyət daşımaq.
Tələblər:
- Sistem Administratorları üzrə ən az 3-5 il təcrübəyə malik olması
- İnformasiya təhlükəsizliyinin əsaslarını barədə müvafiq anlayışa malik olmaq.
- Şəbəkə texnologiyalarının əsasları barədə müvafiq anlayışa malik olmaq.
- Əməliyyat sistemlərinin idarə etmə təcrübəsinə və biliyə malik olmaq (Windows Server)
- Virtuallaşdırma və virtual mühitin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(VMWARE, Hyper-V)
- Zabbix, PRTG monitorinq sistemi və server təhlili və idarə edilməsi üzrə təcrübyə malik olmaq
- Web server administrasiyası üzrə təcrübəyə və biliyə malik olmaq(IIS)
- Windows əsaslı platformaların mərkəzləşdirilmiş serverlərin idarə olunması üzrə təcrübəyə və biliyə malik olmaq (SCCM, WSUS, Powershell);
- Ehtiyat vasitələrinin idarə edilməsi (Veeam, Veritas) üzrə təcrübəyə və biliyə malik olmaq
- Saytlararası Replikasiya alətlərinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(Zerto)
- Baza serverinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq (MS SQL)
- Server avadanlığının və Məlumat Saxlama Sistemləri üzrə xidmət göstərilməsi və konfiqurasiyası üzrə təcrübəyə malik olmaq
- Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Database administrator, Verilənlər bazalarının idarə edilməsi şöbəsinin aparıcı eksperti
Son tarix 02 may 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Verilənlər bazalarına aid olan bütün problem və nasazlıqların aradan qaldırılması;
- Məlumat bazalarının dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə nəzarət edilməsi;
- Verilənlər bazaları üzrə günlük və həftəlik ehtiyat nüsxələrin alınmasına nəzarət edilməsi və yaranan problemlərin aradan qaldırılması;
- Yedək bazaların sinxron qalmasına nəzarət edilməsi və yaranan problemlərin aradan qaldırılması;
- ETL proseslərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi və yaranan problemlərin aradan qaldırılması;
- Yeni verilənlər bazalarının tələbə uyğun formada qurulması;
- Verilənlər bazaları üzrə istifadəçilərin idarə olunması səlahiyyətlərin və istifadəçi profillərinin tənzimlənəsi;
- Verilənlər bazalarının audit olunmasını təmin etmək;
- Verilənlər bazaları üzrə performansın idarə edilməsi və daim optimizasiya işlərinin görülməsi;
- Yeni qurulmuş bazalar üzrə ehtiyat nüsxələmə strategiyasının hazırlanması;
- Problem yaranan zaman ehtiyat nüsxələrdən bazanın bərpa edilməsi;
- Yeni ETL proseslərinin yaradılması
- Tələbə uyğun olaraq yeni yedək bazaların qurulması;
- Verilənlər bazaları üzrə miqrasiya proseslərinin icra edilməsi;
- Verilənlər bazalarının versiya yenilənməsi proseslərinin icrası;
- Ehtiyac yarandığı halda yedək bazalardan tam keçid və yaxud natamam keçid proseslərinin icra edilməsi;
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olması.
- Monitorinq sistemləri ilə işləmə bacarığı;
- Oracle, MS SQL, PostgeSQL verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
- Oracle verilənlər bazasının arxitekturası üzrə yüksək biliklər;
- Oracle məhsul və texnologiyaları üzrə bilik və iş təcrübəsi (RMAN, RAC,ASM, Data Guard, Golden Gate);
- Oracle (High Availability) həlləri üzrə biliklər;
- Oracle (Disaster Recovery) nasazlıqların bərpa həlləri üzrə biliklər;
- UNİX/ Linux əməliyyat sistemləri üzrə biliklər;
- Linux üzrə bash scriptlər hazırlama bacarığı
- SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
- OCA, OCP sertifikatları ;
- İnformasiya təhlükəsizliyinin əsasları barədə müvafiq anlayış;
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Sistem administrator (Linux), Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin aparıcı eksperti
Son tarix 02 may 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Serverlərdə işləmək üçün lazım olan əməliyyat sistemlərının və proqram təminatlarının quraşdırması ,nəzərət və idarə edilməsi.
- Serverlərdə proqram təminatların konfiqurasiyasını həyata keçirilməsi, nəzərət və idarə edilməsi.
- Server proqram təminatının işlək vəziyyətdə saxlanılması. Baş vermiş hadisələr, nöqsanlar/qüsurlar və onların müvəqqəti həll edilməsi/aradan qaldırılması.
- Lokal şəbəkə və poçt serverinin istifadəçilərinin qeydiyyata alınması, identifikatorlar və parolların təyin, nəzərət və iradə edilməsi.
- Giriş hüquqlarını təyin edilməsi və şəbəkə resurslarının istifadəsinə nəzərət və idarə edilməsi.
- Məlumatların vaxtında surətinin çıxarılması, arxivləşdirilməsini və ehtiyat nüsxəsini çıxarmasını təmin edilməsi.
- İstifadəçi və proqram təminatlarında xətalarının müəyyən edilməsi nöqsanlar/qüsurlar və onların müvəqqəti həll edilməsi/aradan qaldırılması üçün tədbirlər görülməsi.
- Monitorinq işlərı aparılması, infrastrukturun inkişafı üçün təkliflər hazırlamaq və proseslərin optimallaşdırmaq.
Tələblər:
- Sistem Administratorları üzrə ən az 3-5 il təcrübəyə malik olması
- İnformasiya təhlükəsizliyinin əsaslarını barədə müvafiq anlayışa malik olmaq.
- Şəbəkə texnologiyalarının əsasları barədə müvafiq anlayışa malik olmaq.
- Əməliyyat sistemlərinin idarə etmə təcrübəsinə və biliyə malik olmaq (Linux/CentOS/RedHat/Ubuntu)
- Virtuallaşdırma və virtual mühitin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(VMWARE)
- Zabbix, PRTG monitorinq sistemi və server təhlili və idarə edilməsi üzrə təcrübyə malik olmaq
- Web server administrasiyası üzrə təcrübəyə və biliyə malik olmaq(Apache, Tomcat, Nginx və s.)
- Unix əsaslı platformaların mərkəzləşdirilmiş serverlərin idarə olunması üzrə təcrübəyə və biliyə malik olmaq (Ansible, Foreman);
- Ehtiyat vasitələrinin idarə edilməsi (Veeam, Veritas) üzrə təcrübəyə və biliyə malik olmaq
- Saytlararası Replikasiya alətlərinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(Zerto)
- Baza serverinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq (Postgres, MariaDB)
- Server avadanlığının və Məlumat Saxlama Sistemləri üzrə xidmət göstərilməsi və konfiqurasiyası üzrə təcrübəyə malik olmaq.
- Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Kiber təhlükəsizlik şöbəsinin aparıcı eksperti
Son tarix 02 may 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Anomaliyalar və potensial təhlükələr üçün şəbəkə trafikini aktiv şəkildə izləmək,
- İcazəsiz giriş, məlumat itkisi və kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək,
- Bankın təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq üçün digər strukturlar ilə sıx əməkdaşlıq etmək,
- Şəbəkə təhlükəsizliyi ilə bağlı təhlükəsizlik insidentlərinə cavab vermək, araşdırmaq və həll etmək,
- Bankın informasiya təhlükəsizliyi siyasətinə uyğun fəaliyyətini qurmaq və inkişafı və istifadə səmərəliyinin artırılması məqsədilə işlərinin icrasının təmin edilməsi.
- Bankın infrastrukturunu mövcud kiberhücumlardan qorunmasını təmin etmək və həmçinin bu işi daha səmərəli görmək üçün öz tövsiyələrini vermək,
- İnformasiya təhlükəsizliyi siyasətinə əsasən bankda məlumatların konfidensiyalığını, bütövlüyünü və əlçatanlığını təmin etmək.
Tələblər:
- Sahə üzrə 3-5 il iş təcrübəsi
- Qeyd olunan sertifikatlardan(ekvivalneti və yuxarı) minimum birinin olması şərtdir: CCNA RS, CCNA Security, CompTIA Security+, CompTİA Network+
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.