Bank of Baku
Kredit risklərinin qiymətləndirilməsi bölməsinin aparıcı ekspert/baş ekspert
Son tarix 11 dek 2022 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi
- Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi prosesində iştirak
- Kredit risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlillərdə tətbiqi
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi
Seçim meyarları:
- Ali təhsil ( İqtisadiyyat, Texniki, Riyazi)
- Sahə üzrə 1 il və üzəri təcrübə ( və ya digər analitika sahələri ilə bağlı 2 il təcrübə)
- Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək (İngilis dili üstünlükdür)
- MS Ofis proqramlarında işləmək bacarığı
- Modelləşdirmə üzrə praktiki bilgilər və statistika proqram bilikləri üstünlükdür
İş şərtləri:
- İş yeri: İnzibati İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Kredit risklərinin qiymətləndirilməsi "qeyd etməklə mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Monitorinq və keyfiyyətə nəzarət bölməsinin aparıcı ekspert/baş ekspert
Son tarix 11 dek 2022 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Təsdiqlənmiş planlara uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi
- Kredit ekspertlərinin portfellərinin təhlil edilməsi ve monitorinq olunacaq kreditlərin seçim meyyarlarının təkmilləşhdirilməsi
- Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması
- Bakıda və regionda müştərilərə vizit edə bilmək marağı və imkanının olması
- Kreditləşmə layihələrının risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi
Seçim meyarları:
- Ali təhsil ( İqtisadiyyat, Texniki, Riyazi)
- Sahə üzrə və ya maliyyə və biznes kreditləri sahəsi üzrə minimum 1 il təcrübə
- Dil bilikləri : Azərbaycan dili yüksək (İngilis dili və rus dilləri üstünlükdür)
- MS Ofis proqramlarında işləmək bacarığı
İş şərtləri:
- İş yeri: İnzibati İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Monitorinq və keyfiyyətə nəzarət“ qeyd etməklə mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.