İstehlak kreditləri üzrə kiçik ekspert
Vəzifənin təsviri
İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.
Əsas vəzifə və öhdəliklər
o Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
o Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
o Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
o Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
Seçim meyarları
o İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
o Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
o MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
o Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
o Yaradıcı və analitik düşüncə tərzi
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş şərtləri
o İş yeri: Bakı filialları
o İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İstehlak kreditləri üzrə kiçik ekspert qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vəzifə: Kassa bölməsinin kiçik eksperti
Əsas vəzifə və öhdəliklər
- Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
- Mədaxil və məxaric sənədlərinin yoxlanılması
- Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
- Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi
Seçim meyarları
- Ali iqtisadi təhsil
- Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq
İş şərtləri
- İş yeri: Bakı filialları
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Kassa üzrə kiçik ekspert qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vəzifə: Xidmət bölməsinin kiçik eksperti
Əsas vəzifə və öhdəliklər
- Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
- Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
- Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
- Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması
Seçim meyarları
- İqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsil
- Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Yüksək ünsiyyət bacarığı
- Yaradıcı və analitik düşüncə tərzi
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş şərtləri
- İş yeri: Bakı filialları
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Xidmət bölməsinin kiçik eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.