Bank BTB
Korporativ Bankçılıq şöbəsi, Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 25 yan 2024 - [email protected]
İş barədə məlumat:
- Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
- Biznes kreditləri sifarişi etmiş müştərilərin müraciətlərini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin bizneslərinin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, biznesin ümumi fəaliyyətinə dair hesabatlar hazırlamaq, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
- Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.
- Biznes kreditlərinin təhlilini və satışını həyata keçirmək
- Portfelə nəzarəti həyata keçirmək;
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
- Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
- Problemləri həll etmə bacarıqları;
- Satış bacarıqları;
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ Bankçılıq şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.