Bank BTB
Aktiv və Passivlərin idarə olunması şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Son tarix 25 avq 2023 - [email protected]
İş barədə məlumat:
- Likvidlik proqnozlarının hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
- Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
- Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
- Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
- Resursların daxili qiymətlərinin hesablanmasını (FTP – funds transfer pricing) həyata keçirir;
- Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadi/Biznes üzrə);
- Bank Qanunvericiliyinə dair ümumi biliklər;
- Ən azı 1 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
- Rus və İngilis dillərini bilməsi üstünlük sayılır;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
- Analitik düşüncə;
- Operativlik.
- MS Office proqramlarında işləmək biliyi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Xəzinədarlıq departamenti) göstərməyiniz xahiş olunur.