Bank Avrasiya
İcraya Nəzarət şöbəsinin Mütəxəssisi
Son tarix 28 iyl 2024 - [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil
- İş təcrübəsi-3 il
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
- MS Office proqramlarında sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Məhkəmə qərardadları ilə tanış olmaq
- İcra şöbələri ilə əlaqə yaratmaq
- Hərraclarda iştirak etmək
- Problemli kreditlərdə pulun qaytarılması üçün aktiv iştirak etmək
- Şöbənin fəaliyyətinə aid olan digər cari işlərin görülməsində iştirak etmək.
Xahiş olunur mövzu hissəsində İcraya Nəzarət Şöbəsinin mütəxəssisi vəzifəsini qeyd edib CV e-mail ünvanına göndərəsiniz.
Bazar Əməliyyatları üzrə Böyük mütəxəssis
Son tarix 28 iyl 2024 [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlist danışıq bacarığı
- İnqilis və Rus dili biliyi yüksək səviyyədə
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- yerli və xarici maliyyə və pul bazarlarında, həmçinin Ticarət Platforması, SberMarkets ticarət platforması və digər sistemlərdə əqdlərin bağlanması, bank sistemində müvafiq müxabirləşmələrin verilməsi və müvafiq SWIFT formatların kontragentlərə göndərilməsi (MT 300, MT202)
- maliyyə və fond birjalarında gedən ticarət sövdələşmələri, qiymətlər və ticarətin həcmi barədə daima məlumatlar əldə etmək
- məzənnələrin müəyyən edilməsi
- yerli və xarici banklardan, müxtəlif maliyyə institutlarından vəsaitlərin alınması və verilməsi üçün danışıqların aparılması, müvafiq müqavilələrin və ya MT 320-in hazırlanması
- valyutanın alış/satışı haqqında hesabatların hazırlanmasına və bankın mübadilə valyuta məzənnələrinə nəzarətin həyata keçirilməsi
- dillinq əməliyyatları
- filiallara kredit limitlərinin müəyyən edilməsi və onlara nəzarət
- filiallararası hesablaşmalar üzrə resursların idarə edilməsi
- S.İ.F və İpoteka Fondundan cəlb olunmuş vəsaitlərlə iş
- valyuta mövqeyinin idarə edilməsi və ona nəzarət
- yerli və xarici maliyyə institutları ilə işlərin aparılması
- pul axınının idarə edilməsi, planlaşdırılması.
- ATM lərin fəaliyyətinə nəzarət.
Xahiş olunur mövzu hissəsində Bazar Əməliyyatları üzrə böyük mütəxəssis vəzifəsini qeyd edib CV e-mail ünvanına göndərəsiniz.