Bank Avrasiya
Xəzinədarlıq Şöbəsinin müdiri
Son tarix 04 sen 2023 [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil
- Bank sektorunda bu sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlist danışıq bacarığı
- İnqilis və Rus dili biliyi yüksək səviyyədə
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Şöbənin fəaliyyətini təşkili və ona nəzarət;
- Gündəlik Bankdaxili nağd və nağdsız əməliyyatlar üzrə məzənnələrin təyin edilməsinə nəzarət;
- Valyuta bazarlarında kredit və dilinq əməliyyatları üzrə əqdlərin bağlanmasına nəzarət;
- Qiymətli kağızlar bazarında əqdlərin bağlanması üçün broker şirkətinə sifariş vermək;
- Banklararası cəlbetmə/yerləşdirmə və qiymətli kağızlar portfelininə nəzarət;
- Bankın cari, qısamüddətli və uzunmüddətli likvidliyinin təmin edilməsinə nəzarət;
- Bankın Açıq Valyuta Mövqelərinə nəzarət və risklərinin proqnozlaşdırılması;
- Əməkdaşlıq edilən yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
- Əməkdaşlığa yeni yerli və xarici bankların cəlb olunmasını təmin etmək;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.
Xahiş olunur mövzu hissəsində Xəzinədarlıq Şöbəsinin müdiri vəzifəsini qeyd edib CV göndərəsiniz.
Birja Əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 04 sen 2023 [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlist danışıq bacarığı
- İnqilis və Rus dili biliyi yüksək səviyyədə
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Yerli və xarici maliyyə və pul bazarlarında, həmçinin Ticarət Platforması, SberMarkets ticarət platforması və digər sistemlərdə əqdlərin bağlanması, bank sistemində müvafiq müxabirləşmələrin verilməsi və müvafiq SWIFT formatların kontragentlərə göndərilməsi (MT 300, MT202)
- Maliyyə və fond birjalarında gedən ticarət sövdələşmələri, qiymətlər və ticarətin həcmi barədə daima məlumatlar əldə etmək
- Məzənnələrin müəyyən edilməsi
- Yerli və xarici banklardan, müxtəlif maliyyə institutlarından vəsaitlərin alınması və verilməsi üçün danışıqların aparılması, müvafiq müqavilələrin və ya MT 320-in hazırlanması
- Valyutanın alış/satışı haqqında hesabatların hazırlanmasına və bankın mübadilə valyuta məzənnələrinə nəzarətin həyata keçirilməsi
- Dillinq əməliyyatları
- Filiallara kredit limitlərinin müəyyən edilməsi və onlara nəzarət
- Filiallararası hesablaşmalar üzrə resursların idarə edilməsi
- S.İ.F və İpoteka Fondundan cəlb olunmuş vəsaitlərlə iş
- Valyuta mövqeyinin idarə edilməsi və ona nəzarət
- Yerli və xarici maliyyə institutları ilə işlərin aparılması
- Pul axınının idarə edilməsi, planlaşdırılması.
- ATM lərin fəaliyyətinə nəzarət.
Xahiş olunur mövzu hissəsində Birja Əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi vəzifəsini qeyd edib CV göndərəsiniz.