“Bank Avrasiya” ASC
Vəzifə: Əməliyyat İnzibatçılığı Şöbəsinin mütəxəssisi
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi (Kredit və ya əməliyyat sahəsində təcrübə arzuolunandır);
- Azərbaycan dilində səlist danışıq bacarığı
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
• Kredit, təminat və.s müqavilələrin tərtibini və rəsmiləşdirilməsini həyata keçirmək;
• Verilmiş kreditlərin məlumat bazasında düzgün qeyd olunmasını təmin etmək;
• Kredit tranşlarına dair müxabirləşmələr vermək;
• Tələb olunduğu hallarda ödənişlərə dair müxabirləşmələr vermək;
• İmtina almış müraciətlərin reyestrini aparmaq və ilkin sənədlərin qovluqlaşdırılaraq saxlanılmasını təmin etmək;
• Kredit və təminatlar üzrə müqavilələrlə bağlı tələb olunan bütün digər sənədlərin mövcudluğunu yoxlamaq.
Xahiş olunur CV-ləri [email protected] ünvanına göndərəsiniz.
“Bank Avrasiya” ASC
Vəzifə: Satış Şöbəsinin mütəxəssisi
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində)
- Kredit satışı üzrə ən azı 2 il iş stajı
- Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı
- Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma
- Bank qanunvericiliyi barədə biliklərin olması
- Azərbaycan dilində səlist danışıq bacarığı
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
• Müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini təmin etmək
• Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi üzrə işlərin görülməsi
• Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edilməsi
• Mövcud müştəri portfelinin idarə edilməsi, bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi
• Qarşıya qoyulmuş planları icra etməklə keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi
Xahiş olunur CV-ləri [email protected] ünvanına göndərəsiniz.