Bank Avrasiya
Marketinq və reklam şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 05 dek 2024 - [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali iqtisadi və ya marketinq üzrə təhsil
- Bu sahədə ən azı 3 il iş ştajı
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək
- İngilis dilini yüksək dərəcədə bilmək
- MS Office proqramlarının bilikləri
- Yaradıcılıq bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Bankın PR və marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştirak edir;
- maliyyə bazarı, bankın mövcud məhsul və xidmətlərini təhlil edir;
- marketinq kampaniyalarının hazırlanmasını və tətbiqini heyata keçirir;
- yaradılan yeni məhsullarının təbliğat üsullarını müəyyənləşdirir və həyata keçirir;
- sosial şəbəkələrdə və KİV-də reklam, aksiya və kampaniyaları yaradır və idarə edir;
- reklam materiallarının hazırlanmasını və sifarişini həyata keçirir;
Xahiş olunur mövzu hissəsində Marketinq və reklam şöbəsinin aparıcı mütəxəssisi vəzifəsini qeyd edib qeyd edilmiş elektron poçt ünvanına CV göndərəsiniz.