Bank Avrasiya
Şəbəkə administratoru
Son tarix 04 may 2024 - [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- Müvafiq sahədə ən azı 3 il iş stajı;
- Korporativ LAN/WAN şəbəkələrinin inkişafı və dəstəklənməsi;
- Firewall (Fortinet, Cisco) sistemləri ilə iş təcrübəsi;
- Switching üzrə dərin biliklər;
- STP, VTP, VSS, LACP, OSPF, EIGRP, SNMP protokolları barəsində biliklər;
- DMVPN, GRE, IPsec, SSLVPN üzrə həllər və tətbiqi;
- RADİUS, TACACS+ protokolları ilə iş təcrübəsi;
- SD-WAN texnologiyası haqqında dərin biliklər;
- Wireless network haqqında dərin biliklər;
- NAC həlləri ilə iş təcrübəsi;
- Telefoniya sistemləri ilə iş təcrübəsi;
- Şəbəkə monitorinqinin həyata keçirilməsi;
- Dil bilikləri: Azərbaycan – əla, Rus – yaxşı, Ingilis – orta;
- Təhlil etmə bacarığına malik olmalı;
- İşə yaradıcı yanaşmalı, yeni ideyalara malik olmalı
- Arzu olunandır: Linux/Unix əməlliyət sistemi üzrə iş təcrübəsi, WAF həlləri üzrə iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Stabil və məhsuldar şəbəkə infrastrukturunun qurulması;
- İnternet və Data kanallarının istifadəsinin effektivliyinin və yüksək əlçatanlılığının təmin olunması;
- Şəbəkənin avtomatik alətlər vasitəsilə daimi monitorinqinin təşkili və nəzarəti;
- Şəbəkə təhlükəsizliyinin yüksək səviyyədə təmini, şəbəkəyə icazəsiz girişlərin avtomatik qaydada məhdudlaşdırılmasının və daimi monitorinqinin həyata keçirilməsi;
- Uzaq istifadəçi qoşulmalarının və tunnel bağlantılarının idarəetməsinin təşkili;
- Şəbəkənin və şəbəkə avadanlıqlarının yüksək əlçatanlılıq prinsipinə söykənərək dizayn olunması;
- Şəbəkənin topoloji xəritəsinin daimi up-to-date saxlanılması;
- Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqənin yaradılması;
- İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı;
- Şəbəkə problemlərinin həlli və diaqnostikası;
- Avadanlığının quraşdırılması və sazlanması;
- Dəyişikliklərin sənədləşdirilməsi, işlərin Change Management-ə uyğun olaraq təşkili.
Xahiş olunur mövzu hissəsində Şəbəkə Administratoru vəzifəsini qeyd edib CV e-mail ünvanına göndərəsiniz.