Bank Avrasiya
Müştəri Xidməti üzrə Mütəxəssis
Son tarix 05 yan 2024 - [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- İqtisadiyyat üzrə ali təhsil
- Bu sahədə ən azı 1 il iş ştajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- müştərilərin müraciətinə əsasən onlara aid cari hesablara, plastik kartlara müvafiq qaydada mədaxil və məxaric əməliyyatları aparır;
- plastik kartlara aid olan bütün xidmətləri həyata keçirir;
- fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların bütün növ hesabların açılması, aparılması və bağlanması, hüquqi qovluqların hazırlanması və saxlanılması işini təşkil edir;
- müştərilərin müraciətlərinə əsasən təcili pul köçürmə sistemləri üzrə əməliyyatları aparır;
- müştərilərin müraciətlərinə əsasən onlara aid hesablardan çıxarışlar və hesabları barədə digər qurumlara təqdim edilməsi üçün arayışlar təqdim edir;
- müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin edir;
- müştərilərin banka təqdim etdiyi sənədlərin qorunub saxlanılmasını təmin edir;
- fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların milli və xarici valyutada ödənişlərinin və əlavə olunan təsdiqedici sənədlərin qəbulunu, yoxlanılmasını, icrasını və ödənişlər üzrə hesabatların hazırlanmasını təmin edir;
- idxal-ixrac əməliyyatları üzrə bütün normativ qaydaların tələblərini yerinə yetirir.
Xahiş olunur CV e-mail ünvanına göndərəsiniz.