BakuMart
Aparıcı Mühasib
Son tarix 23 yan 2023 - [email protected]
İş rejimi: 6 günlük
Əmək haqqı: 1500 – 2000 azn
İş haqqında:
- 1C 8.3 Proqram təminatı, Microsoft Excel mükəmməl
- Dil biliyi: İngilis dili
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi , Mülki Məcəllə, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları üzrə nəzəri və praktiki biliklər
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması (ƏDV,ÖMV,MZHH, PVHH,Balans, Statistika,Vahid)
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, mal hərəkətinin uçotu və inventarizasiyası, ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Vergi qanunvericiliyinə uyğun olaraq hesabatların, sənədlərin yoxlanılması və nəzarətdə saxlanılması
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Əmək haqqı, məzuniyyət, xəstəlik, mükafat və s. hesablanması
- Görülən işlər üzrə həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi, ortaya çıxa biləcək vergi və maliyyə riskləri üzrə təhlillər aparmaq və hesabat şəklində təqdim etmək
Namizədə tələblər:
- Təhsil : ALİ - İqtisadiyyat,maliyyə,riyaziyyat,mühasibatlığı bitirənlərə üstünlük veriləcək
- Dil biliyi: İngilis dili
- İş təcrübəsi : 3 ildən az olmayaraq topdan,pərakəndə və istehsalat sahəsində iş təcrübəsi
Tələblərə cavab verən namizədlər “mühasib” başlığı altında CV-i mail ünvanına göndərə bilərlər