Baku Steel Company CJSC
Planlama və büdcə üzrə baş mütəxəssis
Son tarix 24 iyn 2023 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Aylıq və ya rüblük planlama hesabatlarının hazırlanması;
- Büdcə prosesinin həyata keçirilməsi və büdcənin hazırlanması;
- Büdcənin icrasına nəzarət, büdcə və faktiki rəqəmlərin analizi;
- Müxtəlif maliyyə modellərinin hazırlanması.
Tələb edilən bilik, bacarıq və təcrübə:
- İqtisadiyyat və Maliyyə istiqamətləri üzrə ali təhsil;
- Büdcələmə/planlama, maliyyə, təhlil, hesabatlılıq üzrə 5 il iş təcrübəsi;
- CİMA, ACCA, CFA sertifikatları üzrə təhsil (ən azı bir neçə imtahandan keçmək);
- Analitik və riyazi düşünmə bacarığı.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: razılaşma yolu ilə
- İş vaxtı: 5 günlük, saat 09:00-18:00
- İstirahət günləri: şənbə, bazar
Qeyd : Vakansiya ilə bağlı müraciət üçün CV formasını mövzu yerinə “Planlama və büdcə üzrə baş mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Texniki dəstək üzrə mütəxəssis/kiçik mütəxəssis
Son tarix 24 iyn 2023 - [email protected]
Vəzifə üzrə fəaliyyəti:
- Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görür;
- Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
- Noutbuk, kompüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılması və proqram təminatlarının yüklənməsi,yaranan problemlərin aradan qaldırılması;
- Əməliyyat sistemlərinin yazılması.
Tələblər:
- Ali təhsil (üstünlük texniki ixtisas);
- İT sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
- Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
- Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
- Ölkədaxili ezamiyyələrə getmək imkanı;
- Azərbaycan və rus dili sərbəst, İngilis dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması).
Qeyd : Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Texniki dəstək üzrə mütəxəssis və ya kiçik mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
SƏTƏMM üzrə Mühəndis
Son tarix 23 iyn 2023 [email protected]
Əmək funksiyaları:
- Müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyin, qayda və normaların, təlimatların, istehsalat sanitariya-gigiyenasının tələblərinə riayət edilməsinə nəzarət etmək.
- Aşkarlanmış pozuntularla bağlı icrası məcburi olan xəbərdarlıqlar vermək .
- Əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması və işçilərin sağlamlığının möhkəmləndirilməsi üçün perspektiv və illik planların layihəsinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların tələblərini yerinə yetirmələrinə, xüsusi geyim, ayaqqabı və FMV-dən düzgün istifadə etmələrinə nəzarət etmək.
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək.
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
- İşçilərə təhlükəsizlik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏMM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat hazırlamaq.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi
- İstehsalat və metallurgiya sahələrində iş təcrübəsi üstünlükdür
- MC Office proqramlarında sərbəst istifadə bacarığı
- İngilis və Rus dili biliyi üstünlükdür
Qeyd : Vakansiya ilə bağlı müraciət üçün CV formasını mövzu yerinə “SƏTƏM üzrə mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.