Baku Steel Company CJSC
Logistika üzrə Mütəxəssis/ Aparıcı Mütəxəssis
Son tarix 10 may 2026 Müraciət et
İşin qısa təsviri:
- Logistika üzrə mütəxəssis/aparıcı mütəxəssis xarici daşımalar (idxal/ixrac) üzrə tələblərin düzgün analiz edilməsi, uyğun vendorların seçilməsi, vendorlarla danışıqların aparılması və logistika prosesinin başdan sona effektiv şəkildə idarə edilməsinə cavabdeh olacaq;
Əsas vəzifə və məsuliyyətlər:
- Beynəlxalq idxal/ixrac (multimodal) və ölkədaxili daşımaların təşkil edilməsi və marşrutların optimallaşdırılması;
- Optimal logistika dəyərinin müəyyən edilməsi və rəqabətli nəqliyyat qiymətlərinin alınması;
- Məhsulların təhlükəsiz və vaxtında daşınması, anbara təhvilinin təmin edilməsi;
- SAP (ERP) sistemində sifariş və logistika məlumatlarının qeydiyyatı;
- Yükün çatdırılması prosesinin izlənilməsi və statusun mütəmadi yenilənməsi;
- Logistika planının hazırlanması və təkmilləşdirmə istiqamətləri üzrə iş;
- Yerli və beynəlxalq idxal/ixrac qanunvericiliyinə uyğun əməliyyatlar;
- Daşıyıcı və logistika şirkətləri ilə xidmət müqavilələrinin bağlanması və danışıqların aparılması;
- Logistika sənədlərinin (Invoice, Pack list, CoO, CMR, müqavilələr və s.) yoxlanması, uyğunluğun təmin edilməsi və müvafiq şöbələrə yönləndirilməsi;
Tələblər:
Təhsil:
- Ali (Texniki, İqtisadiyyat, Avtonəqliyyat və s.);
Təcrübə:
- Minimum 3–5 il logistika və idxal/ixrac sahəsində iş təcrübəsi;
Dil bilikləri:
- Azərbaycan, İngilis və Rus dilləri (yazılı və şifahi);
Bacarıqlar:
- MS Office (xüsusilə Excel), SAP/ERP bilikləri;
Əlavə:
- Logistika və beynəlxalq daşımalar üzrə sertifikatlar arzuolunandır;
Xüsusi tələblər:
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Stresə davamlılıq və çevik qərar qəbuletmə;
- Yaxşı kommunikasiya və komanda ilə işləmə qabiliyyəti;
- Məsuliyyətli və nəticə yönümlü yanaşma;
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
İmtiyazlar:
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














