Baku Shipyard LLC
Sənədlərlə iş üzrə mütəxəssis
Son tarix 13 sen 2025 - [email protected]
İş haqqında məlumat:
- Əmək haqqı: 800-1000 AZN
- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək;
- Nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir;
- Sığorta təminatları təmin edilir.
Vəzifə öhdəlikləri:
- Ərizə, bildiriş, etibarnamə, məktub, arayış və digər sənədlərin hazırlanması və onlara hüquqi rəyin verilməsi;
- Təşkilatın sənədləşmə və kargüzarlıq fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” a əsasən təşkili və onun hüquqi müşayiəti;
- Təşkilatın kargüzarlığına bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, aidiyyəti üzrə yönləndirmək və icraçılara çatdırmaq;
- İcra edilmiş sənədləri və onların qoşmalarını aidiyyəti struktur bölmələrdən tələb etmək və aidiyyəti üzrə göndərmək;
- Təşkilatın kargüzarlığına daxil olmuş sənədlərin icra müddətinə, tərtibinə, göndərilməsinə və arxivləşdirilməsinə nəzarət etmək;
- Kargüzarlıq sənədlərini (daxil olan və ya göndərilən) işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək;
- Sənədlərin fiziki və ya elektron formada düzgün saxlanması, surətinin çoxaldılması və kateqoriyalara uyğun olaraq arxivləşdirilməsi;
- Sənədlərlə bağlı məxfilik rejiminin qorunması.
Namizəddən tələblər:
- Humanitar və sosial elmlər istiqaməti üzrə ali təhsil;
- Sənəd dövriyyəsi və kargüzarlıq sahəsi üzrə minimum 1-3 il iş təcrübəsi (dövlət müəssisələrində iş təcrübəsinin olması arzuolunandır);
- Azərbaycan Respublikasının inzibati qanunvericiliyi və kargüzarlıq üzrə biliklər və analitik təhlil bacarığı;
- Kargüzarlıq və elektron sənəd dövriyyə sistemləri ilə işləmə təcrübəsi;
- Məsuliyyətli və diqqətli olmaq, məxfi məlumatlarla işləyə bilmək;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis və rus dili biliyinin yaxşı səviyyədə olması arzuolunandır.
Maraqlanan namizədlərdən Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına CV göndərmək xahiş olunur. CV göndərilən zaman mövzu yerində mütləq müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.