Baku Marriott Hotel Boulevard
Yeməkxana üzrə admin
Son tarix 01 dek 2024 - [email protected]
Şöbə: Mətbəx
Ünvan: Azərbaycan, Bakı şəh. Xəqani Rüstəmov küç 4C
Son müraciət tarixi: 30.11.2024
Vəzifə öhdəlikləri:
- Yeməkxanada işləyən personalları idarə etmək və iş bölgüsü aparmaq.
- İşçilərin iş qrafikini tərtib etmək və davamiyyətini izləmək.
- İşçi heyətinə təlim vermək və yeni işçilərin işə uyğunlaşdırılmasına kömək etmək.
- Yeməkxanada istifadə olunan ərzaq və ləvazimatların ehtiyaclarını müəyyən etmək.
- Ehtiyac olduqda ərzaq və digər ləvazimatların sifarişini vermək və tədarük prosesini izləmək.
- İnventarın təzələnməsini və saxlanma qaydalarına uyğun şəkildə qorunmasını təmin etmək.
- Yeməkxananın təmizlik və gigiyena qaydalarına əməl edilməsini təmin etmək.
- İşçilərin sağlamlıq və təhlükəsizlik qaydalarına uyğun işləməsini təmin etmək.
- Qida təhlükəsizliyi standartlarına riayət olunmasını izləmək.
- Menyunun tərtibi və yenilənməsi üzrə aşpazlarla əməkdaşlıq etmək.
- Sezon və müştəri tələbinə uyğun olaraq menyuda dəyişikliklər etmək.
- Qiymət siyasətini tənzimləmək və yeməklərin keyfiyyətini daim izləmək.
Namizədə olan tələblər:
- Yeməkxana, restoran və ya qida xidmətində ən azı 1-3 il iş təcrübəsi (müxtəlif idarəetmə səviyyələrində təcrübə üstünlük sayılır).
- Heyəti effektiv idarə etmək, iş bölgüsü aparmaq və komanda ruhunu inkişaf etdirmək bacarığı.
- İşçilərin iş qrafikini tərtib etmək və onların performansını qiymətləndirmək bacarığı.
- Yaxşı ünsiyyət qurmaq və peşəkar davranış nümayiş etdirmək.
- Qida təhlükəsizliyi standartları və gigiyena qaydaları ilə tanışlıq.
- Gigiyena qaydalarına uyğunluğun təmin edilməsi və işçilərə bu qaydaların öyrədilməsi bacarığı.
- Stressli vəziyyətlərdə sakit qalmaq və sürətli, effektiv qərarlar vermək bacarığı.
- Kompüter bilikləri və Microsoft Office (xüsusən Excel) kimi proqramlarla işləmə bacarığı.
- Yerli dili yaxşı səviyyədə bilmək (Azərbaycan dili).
- Əlavə olaraq ingilis və ya rus dili bilikləri üstünlük sayılır
- Bəzən uzun saatlar işləmək və ayaq üstə olmaq tələb olunduğuna görə, fiziki dözümlülük də vacibdir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Yeməkxana üzrə admin” qeyd edərək CV-lərini elektron poçt ünvanına 30 noyabr 2024-ci il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar.