Baku Holiday Travel
Marketinq şöbəsinin rəhbəri
Son tarix 23 sen 2023 [email protected]
Namizədə tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən az 5 il peşəkar iş təcrübəsi, xüsusən dijital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
- Azərbaycan dilini səlist bilməli, Rus və İngilis dil bilikləri yüksək;
- Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarla işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.);
- Xidmət sahəsində və komandanın idarəedilməsində təcrübənin olması üstünlükdür;
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Müştərilərin ehtiyacları əsasında marketinq planlarının və strategiyalarının yaradılması;
- Potensial müştəri ehtiyaclarını müəyyən etmək, müştəri seçimlərini araşdırmaq və müvafiq məhsul və ya xidmətləri tövsiyə etmək;
- Turizm xidmətlərin satışının artırılması istiqamətində yeni kampaniyalar hazırlamaq və icrasını təşkil etmək, eyni zamanda marketinq kampaniyalarında istifadə oluna biləcək mövcud yenilikləri tədqiq etmək;
- Uğurlu marketinq kampaniyalarını işləyib hazırlamaq və trendlərə uyğunlaşmaq;
- Aylıq,illik hədəflərə çatmaq və liderliyi qoruyub saxlamaq;
- Hədəf auditoriyanı müəyyən etmək və onları cəlb edən, məlumatlandıran rəqəmsal kampaniyalar hazırlamaq;
- Marketinq vә satış şöbәsinin gündәlik işinә operativ nәzarәt etmək
İş barədə məlumat:
- İş günləri : Həftənin 5 iş günü tam
- İş vaxtı: 09:00-dan 18:00-dək və ya 10:00-dan 19:00-dək
- Əmək haqqı: 2500-3000 AZN
- Ünvan: Altes plaza 20-ci mərtəbə, Baku Holiday Travel
Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Marketinq şöbəsinin rəhbəri” qeyd etməklə CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.